Bank Of Baku

Dövlət Gömrük Komitəsinin sədri: “Azərbaycana idxal olunan avtomobillərin qiymətləndirilməsi prosesində problemlə üzləşənlər komitənin saytı vasitəsilə mənə müraciət etsinlər”

Dövlət Gömrük Komitəsinin sədri: “Azərbaycana idxal olunan avtomobillərin qiymətləndirilməsi prosesində problemlə üzləşənlər komitənin saytı vasitəsilə mənə müraciət etsinlər”
# 03 fevral 2011 14:29 (UTC +04:00)
APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə DGK sədri Aydın Əliyev verib.

“Komitənin rəsmi veb-saytında maşınların qiymətləndirilməsinə dair məlumatlar yerləşdirilib. İstənilən vətəndaş aldığı avtomobilə görə ödəyəcəyi rüsumları orada öyrənə bilər. İstənilən vətəndaş komitənin saytına girərək mənə müraciət edə bilər. Mən şəxsən o müraciətlərə baxıram və tədbirlər görmək üçün müvafiq strukturlarımıza göstəriş verirəm», - deyə A.Əliyev vurğulayıb.

Komitə sədri onu da qeyd edib ki, sayt vasitəsi ilə ilin əvvəlindən bu günədək ona xeyli sayda müraciət daxil olsa da, bunun 1 və ya 2-si avtomobil rüsumları ilə bağlıdır.

A. Əliyevin sözlərinə görə, narazılıq əsasən rüsumların yuxarı olması ilə bağlıdır: «Hər bir ölkəyə gətirilən yüngül minik avtomaşınına gömrük vergisi tətbiq olunur. Onların ikisi mütləq rəqəmdir. Verginin çoxluğu mühərrikin həcmindən asılıdır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR