Bank Of Baku

Vaşinqtonda Azərbaycanın investisiya imkanlarına dair seminar keçirib

Vaşinqtonda Azərbaycanın investisiya imkanlarına dair seminar keçirib
# 03 fevral 2011 14:35 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva - APA-Economics. ABŞ-Azərbaycan Ticarət Palatası (USACC) Vaşinqtonda “2011-ci ildə Azərbaycanda investisiyalar - neft daha ciddi artımın katalizatoru kimi” mövzusunda seminar keçirib.

APA-Economics”in USACC-ın saytına istinadən xəbərinə görə, tədbirdə ABŞ-ın dövlət və özəl sektor nümayəndələri Azərbaycanın artan investisiya imkanlarına dair fikirlərini bölüşüblər.

Azərbaycanın ABŞ-dakı səfirliyinin iqtisadi məsələlər üzrə müşaviri Nərgiz Qurbanova Azərbaycan iqtisadiyyatının diversifikasiyası üçün qeyri-enerji sektorunun inkişafının vacibliyini və kənd təsərrüfatı, turizm, İKT sektorlarının biznes üçün perspektivli sahələr olduğunu vurğulayıb.

“Baker & McKenzie” şirkətinin icraçı tərəfdaşı Daniel Metyus isə hesab edir ki, neft Azərbaycan iqtisadiyyatı üçün böyük əhəmiyyət kəsb edir: “Neft Azərbaycan iqtisadiyyatında əsas faktorlardan biri olaraq qalacaq”. Onun sözlərinə görə, Qaradağda yeni nəhəng neft-kimya kompleksinin tikintisi ABŞ şirkətləri üçün bu obyektin dizayn, texnika, tikinti və avadanlıq bölmələrinə investisiya qoymaq imkanları yaradacaq.

Turizm sektoruna toxunan D.Metyus Azərbaycanda dünyada məşhur olan “Hilton”, “Four Seasons”, “JW Marriot”, “Jumeirah”, “Fairmont”, “Kempinski” hotellərinin tikildiyini xatırladıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR