Bank Of Baku

«Atəşgah Həyat» sığorta şirkətinin daxilolmaları ötən il 1,1 mln. manat olub

«Atəşgah Həyat» sığorta şirkətinin daxilolmaları ötən il 1,1 mln. manat olub
# 03 fevral 2011 14:40 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Atəşgah Həyat» sığorta şirkətinin 2010-cu il ərzində topladığı sığorta haqlarının həcmi 1,078 mln. manat təşkil edib.

Şirkətin baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat ilində «Həyatın yaşam sığortası» növü üzrə 569,958 min manat, «Həyatın ölüm halından sığortası» üzrə 455,339 min manat və «İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta» növü üzrə 52,612 min manat həcmində sığorta haqqı toplanılıb.

Şirkətdən bildirib ki, ötən il ərzində sığorta hadisələri üzrə ödənilən vəsaitlərin həcmi 24,520 min manat olub. Bu müddətdə «Həyatın ölüm halından sığortası» üzrə 20,569 min manat, «Həyatın yaşam sığortası» növü üzrə 3,951 min manat həcmində ödəniş həyata keçirilib.

Qeyd edək ki, «Atəşgah Həyat» sığorta şirkəti 2008-ci ildə yaradılıb və rəsmən 2009-cu ildə fəaliyyətə başlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR