Bank Of Baku

Azərbaycan Mərkəzi Bankı tender keçirir

Azərbaycan Mərkəzi Bankı tender keçirir
# 04 fevral 2011 07:31 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Mərkəzi Bankının (AMB) Sumqayıt Ehtiyat Mərkəzində yerləşən server otaqlarında yenidənqurma işlərinin aparılması ilə əlaqədar təmir-tikinti işlərinin görülməsi (birinci lot) və nəmişlik sistemlərinin alınıb quraşdırılması (ikinci lot) üçün tender elan edib.

AMB-dən «APA-Economics»ə verilən məlumata görə, tender proseduru bu ilin mart ayının 28-də AMB-nin inzibati binasında keçiriləcək. İddiaçılar tender təklifini və tender təkliflərinin bank təminatını martın 18-dək, digər tələb olunan sənədləri isə martın 10-dək təqdim etməlidir.

Qeyd edək ki, tenderdə iştirak haqqı birinci lot üzrə 50 manat, ikinci lot üzrə isə 200 manatdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR