Bank Of Baku

Azərbaycan Beynəlxalq Bankının müştəriləri plastik kartdakı pulu əmanət kimi yerləşdirə bilər

Azərbaycan Beynəlxalq Bankının müştəriləri plastik kartdakı pulu əmanət kimi yerləşdirə bilər
# 04 fevral 2011 08:41 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Beynəlxalq Bankı (ABB) müştərilərə plastik kartlarındakı vəsaiti nağdlaşdırmadan banka əmanət kimi yerləşdirilməsi üçün imkan yaradıb.

Bankının mətbuat xidmətindən «APA-Economics»ə verilən məlumata görə, «Elektron Depozit» adlı xidmət plastik kart müştəriləri üçün kartdakı məbləği nağdlaşdırmadan bankomatlar, internet bankçılıq sistemi və məlumat köşkləri vasitəsilə əmanət şəklində qoymaq imkanı verir.

Əmanətin müddəti 3 aydan 5 ilə qədər, məbləği 100 şərti valyuta vahidindən (AZN, USD, GBP, EUR) az olmamalıdır. Əmanətlər üzrə hesablanan faizlər müqavilə bağlandığı zaman Bankın mövcud faiz dərəcələrinə əsasən müəyyən edilir.

«Elektron Depozit» xidmətinə qoşulmaq üçün, müştəri onu plastik kartla təmin edən filiala müraciət etməli, zəruri formanı doldurmalı və müvafiq müqavilə bağlamalıdır. Bundan sonra müştəri əmanət hesabının açılması üzrə bütün əməliyyatları bankomatlar, məlumat köşkləri və ya internet bankçılıq sistemi vasitəsilə həyata keçirə bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR