Azərbaycan Vergilər Nazirliyində kollegiya iclası keçirilib
Nazirliyin mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, kollegiya iclasında çıxış edən vergilər naziri, 2-ci dərəcəli dövlət vergi xidməti müşaviri Fazil Məmmədov bildirib ki, Nazirlər Kabinetinin 2010-cu ilin yekunlarına və 2011-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət başçısı cari ildə ölkəmizin sosial-iqtisadi inkişafının əsas istiqamətlərini müəyyənləşdirib, azad rəqabətin təmin edilməsi, inhisarçılıq meyllərinin qarşısının alınması, dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması ilə bağlı konkret tapşırıqlar verib.
Prezidentin Nazirlər Kabinetinin geniş iclasındakı çıxışında vergi xidmətinin fəaliyyəti üzərində xüsusi olaraq dayandığını iclas iştirakçılarının nəzərinə çatdıran vergilər naziri qeyd edib ki, cənab İlham Əliyev vergilərdən yayınanların sayının hələ də kifayət qədər olduğunu, bu kimi hallarla mübarizənin daha ciddi və məqsədyönlü aparılmasının, 2011-ci ildə vergi bazasının genişləndirilməsinin, nağd ödəmələrin minimuma endirilməsinin vacibliyini vurğulayıb, bu sahədə vəziyyətin inkişaf etmiş ölkələrdəki vəziyyətdən fərqlənməməsi üçün 2011-ci ildə köklü və əsaslı tədbirlər görülməsini tapşırıb. İqtisadiyyatdakı inhisarçılıq meyllərinin qarşısının alınması, azad rəqabət mühitinin yaradılması, müvafiq icra hakimiyyəti orqanları tərəfindən aparılan əsassız yoxlamalara son qoyulması, rüşvətxorluğa və korrupsiyaya qarşı daha ciddi və sistemli mübarizə aparılması aidiyyəti dövlət orqanlarının əsas vəzifəsi kimi qarşıya qoyulub. Bu məsələlərin Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sədrliyi ilə Korrupsiyaya Qarşı Mübarizə Komissiyasının yanvarın 27-də keçirilmiş geniş iclasında da ətraflı müzakirə edildiyi barədə məlumat verən nazir qeyd olunan məsələlərin həlli ilə bağlı vergi orqanlarının üzərinə də böyük məsuliyyət düşdüyünü vurğulayıb.
2011-ci ildə Vergilər Nazirliyi qarşısında qoyulmuş vəzifələrin həllini təmin etmək istiqamətində aparılan işlər barədə danışan cənab F.Məmmədov vergi bazasının genişləndirilməsi məqsədilə bütün təsərrüfat subyektlərinin pasportlaşdırılacağını, vergilərin vaxtında və tam həcmdə ödənilməsinə nəzarətin gücləndiriləcəyini, bu məqsədlə müasir informasiya-kommunikasiya texnologiyalarından daha geniş istifadə olunacağını, nağdsız ödənişlərin stimullaşdırılması və nağd şəkildə ödəmələrin minimuma endirilməsi ilə bağlı vergi qanunvericiliyində lazımi dəyişikliklər aparılması məqsədilə müvafiq təkliflərin hazırlanıb yaxın vaxtlarda ölkə başçısına təqdim olunacağını bildirib. Vergi xidmətinin fəaliyyətində şəffaflığın artırılması üçün son illər görülən bəzi işlərə baxmayaraq, vergi əməkdaşları tərəfindən yol verilən kobud neqativ halların bütün vergi xidmətinin nüfuzuna xələl gətirdiyini bildirən nazir, sistem daxili nəzarətin və şəxsi heyətlə aparılan işlərin gücləndirilməsinin vacibliyini qeyd edib.
F.Məmmədov bildirib ki, ayrı-ayrı vergi işçilərinin qanunla müəyyən edilmiş vəzifələrinə uyğun olmayan hərəkətləri vergi ödəyicilərinin haqlı narazılığına və vergi orqanlarına etimadsızlığına səbəb olur. Bu, ilk növbədə səyyar vergi yoxlamaları və ya operativ nəzarət tədbirləri aparılarkən Vergi Məcəlləsinin tələblərinin pozulması və ayrı-ayrı hallarda korrupsiya və rüşvətxorluq faktlarının olması ilə bağlıdır. Ötən il vergi orqanlarının vəzifəli şəxslərinin attestasiyasının keçirilməsinə, attestasiyanın yekunlarına görə müasir tələblərə cavab verməyən, habelə vətəndaş müraciətləri və şikayətlər üzrə aparılmış araşdırmalar nəticəsində neqativ hallara yol vermiş vergi işçilərinin sistemdən kənarlaşdırılmasına baxmayaraq, bu kimi hallara hələ də rast gəlinməsi daha ciddi tədbirlər görülməsini tələb edir.
Vergi orqanlarında vətəndaş müraciətlərinə mahiyyəti üzrə baxılması və onların vaxtında və düzgün cavablandırılması məsələsi üzərində dayanan nazir vəziyyətin hərtərəfli araşdırılaraq qısa müddət ərzində mövcud nöqsanların tamamilə aradan qaldırılması məqsədilə onun əmri ilə xüsusi işçi qrupu yaradıldığını və həmin qrupun verəcəyi təkliflər əsasında vergi orqanlarında vətəndaşlardan daxil olan ərizə və şikayətlərə baxılması prosesinin müasir texnologiyalardan istifadə etməklə daha da təkmilləşdiriləcəyini bildirib.
Korrupsiya və rüşvətxorluq hallarına qarşı mübarizədə qətiyyətlilik və ardıcıllıq nümayiş etdirilməsinin vacibliyini struktur rəhbərlərinin nəzərinə çatdıran F.Məmmədov Vergilər Nazirliyinin “Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə 2007-2011-ci illər üçün Tədbirlər Planı”nın icrasının bütün parametrlər üzrə təmin edilməsinin vergi orqanlarının rəhbərlərinin ən mühüm vəzifələrindən biri olduğunu vurğulayıb.
İclasın sonunda F.Məmmədov 2011-ci ildə büdcə daxilolmaları üzrə proqnozların icrasının təmin olunması, korrupsiya ilə mübarizə tədbirlərinin gücləndirilməsi, vergi qanunvericiliyinin təkmilləşdirilməsi, vergi inzibatçılığının müasirləşdirilməsi, insan resurslarının idarə edilməsi sahəsində şəffaflığın təmin olunması və vergi ödəyicilərinin hüquqlarının qorunması işlərinin daim nazirliyin bütün qurumlarının diqqət mərkəzində saxlanılması ilə bağlı müvafiq göstərişlər verib.
Kollegiya iclasının yekununda müzakirə edilən məsələyə dair müvafiq qərar qəbul edilib.
Maliyyə
YENİLƏNİB'>
"Moody's" ABB-nin kredit reytinqini təsdiqləyib - YENİLƏNİB
Şuşada Türk Dövlətləri Təşkilatı ölkələrinin Rəqabət Forumu keçirilib - FOTO
“Bakı Metropoliteninin Genişləndirilməsi Layihəsi - I Mərhələ” üzrə kredit sazişi imzalanıb
ING: Ermənistanın seçki nəticələri Azərbaycanla münasibətlərdə riskləri tam aradan qaldırmır
Xəbər Lenti
İndoneziya 6,7 bal gücündə zəlzələ baş verib
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
ABŞ-da B-52 bombardmançı təyyarənin qəzaya uğraması nəticəsində 8 nəfər həlak olub - YENİLƏNİB
Tramp İrana 300 milyon dollar ödəniləcəyi barədə xəbərləri təkzib edib
DÇ-2026: İran-Yeni Zelandiya matçında qalib müəyyənləşməyib
Qlobal fond bazarlarında əsas indekslərdə artım müşahidə olunub
"Bitcoin"in qiyməti 66 min dolları ötüb
Hindistan uzaqmənzilli LRLACM qanadlı raketini sınaqdan keçirib
Yəmən sahillərində tanker qumbaraatanla atəşə tutulub
Netanyahu parlament seçkilərində qalib gəlmək niyyətində olduğunu bildirib
Vens: Hörmüz boğazından keçid 60 gün ərzində ödənişsiz olacaq
KİV: Avropa və Yaxın Şərqdə "Patriot" çatışmazlığı səbəbindən SAMP/T sistemlərinə maraq artır
DÇ-2026: Səudiyyə Ərəbistanı Uruqvayla heç-heçə edib
Aİ Ukrayna üçün əlavə 45 milyard avro cəlb etməyi planlaşdırır
Rusiyada Tu-22M3 bombardmançısı qəzaya uğrayıb
Kubada 5,3 bal gücündə zəlzələ baş verib
Netanyahu: İranın nüvə silahına sahib olmasına imkan verməyəcəyik
Şirvanda 32 yaşlı kişi bıçaqlanıb
Aİ Moldova ilə üzvlük danışıqlarına rəsmən başlayıb
DÇ-2026: Belçika Misirlə heç-heçə edib
ABŞ Prezidenti: “Hizbullah”la kiçik bir söhbət etməliyik
Tramp: Hörmüz boğazında gəmiçilik ödənişsiz olacaq
Azərbaycanda Məhərrəm ayı başlayıb
Göyçayda güclü külək fəsadlara yol açıb
Ermənistan iyunun 17-də öz ərazisində ABŞ ilə birgə hərbi təlimlərə başlayacaq
Reuters: Hörmüz boğazının minalardan təmizlənməsi 50 günə qədər çəkə bilər
Aİ və Ukrayna üzvlük danışıqlarına rəsmi start verib
Vens: ABŞ İranla zənginləşdirilmiş uran ehtiyatlarının məhvini müzakirə edir
Moskva-Naxçıvan reysində qadın sərnişin təyyarənin qapısını tualetlə səhv salaraq açmağa cəhd edib
Tramp: İranla münaqişədən sonra ABŞ Ukraynaya fokuslanacaq
DÇ-2026-da ilk sensasiya: İspaniya Kabo Verde ilə oyunda xal itirib
Vens: ABŞ İrana qarşı sanksiyaları yumşaltmağa hazırdır
Əraqçi: ABŞ və İran nümayəndə heyətlərinin rəhbərləri iyunun 19-da Cenevrədə görüşə bilər
Gəncədə iki avtomobil toqquşub, 4 nəfər xəsarət alıb
Tramp İranla razılaşmaları Vensin imzalayacağını təsdiqləyib
Tramp: İyunun 19-da Hörmüz boğazı tam açılacaq
Azərbaycanın namizədi BMT-nin İnsan Hüquqları Komitəsinin üzvlüyünə seçilib
KİV: ABŞ-İran anlaşma memorandumunu Tramp, Vens və Qalibaf imzalayıblar
Kamran Əliyev və Muhsin Şentürk Qarsdakı Baş Konsulluğu ziyarət ediblər
HHQ komandanı: Baltikyanı ölkələrə hücum olsa, Almaniya Kalininqrad və Sankt-Peterburqa zərbə endirə bilər
Rusiya XİN Krım və ona bitişik dəniz əraziləri ilə bağlı beynəlxalq arbitraj işində qələbə qazandığını açıqlayıb
Yağıntı və dumanla əlaqədar bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
"Moody's" ABB-nin kredit reytinqini təsdiqləyib - YENİLƏNİB
Bakıda narkokuryerdə 9 kq narkotik aşkarlanıb-VİDEO
Gəncədə sərnişin avtobusu avtomobilə çırpılıb, 8 nəfər xəsarət alıb - FOTO
Tovuzda kanalda meyit tapılıb - YENİLƏNİB
Hörmüz boğazından neft daşıyan gəmilərin hərəkəti bərpa olunub
Azərbaycan müdafiə naziri Pakistan tərəfinə başsağlığı verib
Zaqatalada maşın aşıb, ölən var
Ralf Horlemann: Avropa İttifaqının Azərbaycana olan marağı son illərdə daha da artıb