Bank Of Baku

«Atəşgah» sığorta şirkəti ötən il daxilolmalarını 20% artırıb

«Atəşgah» sığorta şirkəti ötən il daxilolmalarını 20% artırıb
# 04 fevral 2011 09:26 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Atəşgah» sığorta şirkətinin 2010-cu ildə topladığı sığorta haqlarının həcmi 14,796 mln. manat təşkil edib ki, bu da 2009-cu ilin yekun göstəriciləri ilə müqayisədə 20,2% çoxdur.

Şirkətin baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat ilində könüllü sığorta növləri üzrə 14,222 mln. manat, icbari sığorta növləri üzrə isə 0,573 mln. manat həcmində sığorta haqqı toplanılıb.

Təhlil aparılan il ərzində daxilolmalar üzrə ən çox sığorta haqqı «Avtonəqliyyat vasitələrinin sığortası» (7,012 mln. manat), «Tibbi sığorta» (3,148 mln. manat), «Əmlakın yanğından və digər risklərdən sığortası» (2,083 mln. manat), «Su nəqliyyat vasitələrinin kasko sığortası» (0,865 mln. manat), «Ümumi mülki məsuliyyətin sığortası» (0,725 mln. manat) və «Yanğından icbari sığorta» (0,363 mln. manat) növlərinin payına düşüb. «Avtonəqliyyat vasitələrinin sığortası» növünün məcmu sığorta haqlarında xüsusi çəkisi 39,4%, «Tibbi sığorta»nın isə 21,3% təşkil edib.

Şirkətdən bildirib ki, ötən il ərzində sığorta hadisələri üzrə ödənilən vəsaitin həcmi 23% artaraq 5,373 mln. manata çatıb. Bu müddət ərzində 5,234 mln. manat könüllü, 0,139 mln. manat isə icbari sığorta növləri üzrə ödənilib. Ödənişlərin strukturunda 2,660 mln. manat «Avtonəqliyyat vasitələrinin sığortası» (xüsusi çəkisi 49,5%), 2,298 mln. manat «Tibbi sığorta»nın (42,7%) və 0,1 mln. manat «Nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası» (1,9%) növü üzrə ödənilib.

Xatırladaq ki, «Atəşgah» şirkəti 1996-cı ilin dekabrından fəaliyyət göstərir. Şirkətin səhmdarları rolunda «İSR Holding» (63%), «RanExim» şirkəti (27%) və ARDNŞ (10%) çıxış edir. Hazırda şirkətin nizamnamə kapitalı 3,7 mln. manat təşkil edir. Şirkətinin 8 ofisi fəaliyyət göstərir. Şirkət 17 könüllü və 4 icbari sığorta xidməti göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR