Bank Of Baku

Azərbaycanda bank aktivlərinin qeyri-neft ÜDM-inə nisbəti 72% təşkil edir

Azərbaycanda bank aktivlərinin qeyri-neft ÜDM-inə nisbəti 72% təşkil edir
# 04 fevral 2011 11:12 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən bankların məcmu aktivlərinin illik ÜDM-ə nisbəti 2011-ci ilin yanvarın 1-nə 32% təşkil edib. «APA-Economics» xəbər verdiyi kimi, 2010-cu ilin əvvəlindən bu göstərici 6,4 faiz bəndi azalıb.

Eyni zamanda dünya ölkələri, o cümlədən inkişafda olan ölkələrlə müqayisədə həmin göstərici aşağı səviyyədədir. Qeyd edək ki, inkişaf etmiş ölkələrdə bank aktivlərinin ÜDM-ə nisbəti 100%-dən çoxdur, bəzi ölkələrdə (Böyük Britaniya, Fransa, Almaniya) isə bank aktivləri ÜDM-i 2-3 dəfə üstələyir. İnkişafda olan ölkələrdə aktivlərin ÜDM-ə nisbəti 55-60% və daha çox təşkil edir.

Lakin Azərbaycan iqtisadiyyatının əsas hissəsi neft-qaz sektorunun payına düşdüyünə görə aktivlərin qeyri-neft ÜDM-ə nisbətinin hesablanması daha obyektivdir, çünki neft ÜDM-in çox az hissəsi bank sistemi ilə əlaqəlidir. Hesablamalar göstərir ki, bank aktivlərinin qeyri-neft ÜDM-ə nisbəti 72,1%-ə çatır ki, bu da bir sıra aparıcı ölkələrin analoji göstəriciləri ilə müqayisə olunan bir rəqəmdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR