Bank Of Baku

Azərbaycanda nağd pulların dövretmə əmsalı azalıb

Azərbaycanda nağd pulların dövretmə əmsalı azalıb
# 04 fevral 2011 12:28 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda nağd pulların dövretmə əmsalı 2011-ci ilin yanvarın 1-nə 7,6 təşkil edib. «APA-Economics»in hesablamalarına görə, ötən ilin yekunu ilə müqayisədə bu göstərici 0,7 bənd, 2008-ci ilin sonuna nisbətən isə 1,6 bənd azalıb.

Nağd pulların dövretmə əmsalı ölkədə istehsal edilmiş ÜDM-in milli valyutada olan nağd pul kütləsinə nisbəti kimi hesablanır və bir pul vahidinin hesabat dövrü ərzində neçə dəfə iqtisadiyyat və hesablamalarda dövr etməsini göstərir.

Dünya praktikasında nağd pulların dövretmə əmsalının məqbul səviyyə üzrə norması 4-5 qəbul olunub. Göründüyü kimi, Azərbaycanda bu göstərici normaya tədricən yaxınlaşır, bu isə ölkə iqtisadiyyatının nağd pula olan tələbatının təmin edilməsi prosesində müsbət dəyişikliklərin olduğunu göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR