Bank Of Baku

Azərbaycanda pul emissiyası kəskin artıb

Azərbaycanda pul emissiyası kəskin artıb
# 04 fevral 2011 12:40 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan bank sistemi vasitəsi ilə kassa mədaxilinin həcmi 2010-cu il ərzində 19 793,715 mln. manat təşkil edib ki, bu da əvvəlki ilə nisbətən 7,6% çoxdur. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, kassa məxaricinin həcmi 21 078,612 mln. manata bərabər olub ki, bu da illik müqayisədə 14,3% çoxdur.

Beləliklə, mədaxil və məxaric üzrə kassa qalıqları nəzərə alınmaqla ötən il ərzində bank sistemi vasitəsi ilə 1 280,460 mln. manat həcmində nağd pul emissiyası həyata keçirilib. Bu isə 2009-cu ilin analoji göstəricisindən 14,8 dəfə çoxdur.

Qeyd edək ki, pul emissiyasının baş verməsi iqtisadiyyatın pulla təminatının həyata keçirilməsi və iqtisadiyyatın pula olan tələbatının ödənilməsi baxımından müsbət göstəricidir. Bu, iqtisadiyyatın inkişafının davam etdirilməsi üçün əhəmiyyətli və zəruri bir amildir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR