Bank Of Baku

«Aqrarkredit» yaxın perspektivdə ixtisaslaşmış bank təşkilatına çevrilə bilər

«Aqrarkredit» yaxın perspektivdə ixtisaslaşmış bank təşkilatına çevrilə bilər
# 04 fevral 2011 13:56 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Aqrarkredit» bank olmayan kredit təşkilatı özünün inkişaf strategiyasında təşkilatın özəlləşdirilməsi və banka çevrilməsi məsələsi əsas məqsədlərdən biri kimi qeyd olunub. Bunu «APA-Economics»ə açıqlamasında «Aqrarkredit»in İdarə Heyətinin sədri Məmməd Musayev bildirib.

M.Musayevin sözlərinə görə, təşkilatın universal bank lisenziyasının alınması məqsədi ilə Azərbaycan Mərkəzi Bankına müraciət edəcəyi vaxt hələ müəyyənləşməyib: «Bu məsələ birbaşa səhmdarlar tərəfindən qəbul olunacaq qərardan asılıdır».

Təşkilat başçısı vurğulayıb ki, Azərbaycan bazarında kənd təsərrüfatı sektoruna xidmət göstərən daha böyük kapitala malik olan maliyyə qurumuna ehtiyac var. «Müxtəlif hesablamalara görə, bu gün Azərbaycanın kənd yerlərində maliyyə vəsaitinə olan tələbat ən azı 1 mlrd. manatdır. Buna görə də kənd yerlərində iri və xırda layihələrin maliyyələşməsinə qeyd olan həcmdə vəsait lazımdır. Hazırda Azərbaycanın regionlarında fəaliyyət göstərən ixtisaslaşmış qurum azdır və hesab edirəm ki, menecmenti düzgün qurulan, layihələri düzgün qiymətləndirən təşkilatlara ehtiyac var», - deyə M.Musayev vurğulayıb.

M.Musayevin sözlərinə görə, həmin ixtisaslaşmış maliyyə qurumu «Aqrarkredit» və ya başqa təşkilat ola bilər: «Hesab edirəm ki, Azərbaycan hökuməti bu sahədə müvafiq addım atacaq».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR