Bank Of Baku

Azərbaycanın «Silk Way» aviaşirkətinin yeni istiqrazlarının emissiya prospekti dövlət qeydiyyatına alınıb

Azərbaycanın «Silk Way» aviaşirkətinin yeni istiqrazlarının emissiya prospekti dövlət qeydiyyatına alınıb
# 04 fevral 2011 14:25 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) «Silk Way» aviaşirkətinin sənədsiz adlı təmin edilməmiş istiqrazlarının emissiya prospektini dövlət qeydiyyatına alıb.

QKDK-dan «APA-Economics»ə verilən məlumata görə, istiqrazların hər birinin nominal dəyəri 10 000 manat, sayı 230 ədəd, emissiyanın ümumi həcmi isə 2,3 mln. manat təşkil edir. İstiqrazlar qapalı yerləşdirmə üsulu satılacaq.

Xatırladaq ki, sonuncu dəfə «Silk Way» MMC-nin sənədsiz adlı təmin edilməmiş istiqrazları (10 mln. manatlıq) QKDK tərəfindən ötən ilin dekabr ayında qeydiyyata alınıb.

Qeyd edək ki, «Silk Way» şirkəti yük aviadaşımaları bazarında 2001-ci il oktyabr ayından fəaliyyət göstərir. Şirkət Dubay, Kiyev, Lüksemburq, Hyuston, Nyu-York, Dortmund, İstanbul, Urumçi, Moskva, Aktau, Tiflis, Bişkek və Bakı şəhərlərində ofisləri olan «Euro-Asian Group» şirkətlər şəbəkəsi ilə əməkdaşlıq edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR