Bank Of Baku

«YapıKredi Bank Azerbaijan» ötən il mənfəətini 74% artırıb

«YapıKredi Bank Azerbaijan» ötən il mənfəətini 74% artırıb
# 04 fevral 2011 14:36 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «YapıKredi Bank Azerbaijan» QSC-nin aktivlərinin həcmi 2011-ci il yanvar ayının 1-nə 206,877 mln. manat təşkil edib ki, bu da 2010-cu ilin əvvəlinə olan göstəricisi ilə müqayisədə 35% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat ilində bankın depozit portfeli 18% azalaraq 14,535 mln. manat, o cümlədən əhalinin əmanətləri 52% artaraq 1,210 mln. manat, kredit portfeli 2,4 dəfə artaraq 69,692 mln. manat, o cümlədən istehlak kreditlərinin həcmi 64% artaraq 5,281 mln. manat təşkil edib. Təhlil olunan il ərzində bankın məcmu kapitalı 20,3% artaraq 51,993 mln. manata, o cümlədən nizamnamə kapitalı 16,2% artaraq 31,611 mln. manata çatıb.

Qeyd edək ki, ötən il bankın ümumi gəlirləri 37% artaraq 18,940 mln. manat, xərcləri isə 27% artaraq 11,016 mln. manat olub. Nəticədə, bankın mənfəəti 2010-cu ildə 74% artaraq 7,924 mln. manat, xalis mənfəəti isə 75,2% artaraq 7,711 mln. manat təşkil edib.

Bu dövr ərzində bankın işçilərinin sayı 9,4% artaraq 140 nəfər, orta aylıq əmək haqqı isə 9,5% artaraq 1 732 manat olub. Bankın cəmi müştərilərinin sayı 95,2% artaraq 36,696-ya, aktiv plastik kartlarının sayı isə 44% artaraq 4 858-ə çatıb.

Xatırladaq ki, təsisçisi Türkiyənin «YapıKredi Bank» (80%) və Beynəlxalq Maliyyə Korporasiyası (20%) olan «YapıKredi Bank Azerbaijan» 2000-ci ildən fəaliyyət göstərir. Bankın ölkə üzrə 5 filialı, 17 bankomatı və 80 POS-terminalı mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR