Bank Of Baku

«Royal Bank» yeni istiqrazların emissiyasına hazırlaşır

«Royal Bank» yeni istiqrazların emissiyasına hazırlaşır
# 04 fevral 2011 14:52 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) «Royal Bank» ASC-nin sənədsiz adlı təmin edilməmiş istiqrazlarının emissiya prospektini dövlət qeydiyyatına alıb.

QKDK-dan «APA-Economics»ə verilən məlumata görə, hər bir istiqrazın nominal dəyəri 1 000 ABŞ dolları, sayı 10 min ədəd, emissiyanın ümumi həcmi isə 10 mln. dollar təşkil edir. İstiqrazlar kütləvi təklif üsulu ilə satışa çıxarılacaq.

Qeyd edək ki, əsas təsisçisi ABŞ vətəndaşı olan «Royal Bank» 1993-cü ildə Azərbaycanda «OZ Bank» kimi yaradılıb. Hazırda bankın nizamnamə kapitalı 22,139 mln. manat təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR