Bank Of Baku

Yanvarda Azərbaycanda inflyasiya 1%-ə yaxın olub

Yanvarda Azərbaycanda inflyasiya 1%-ə yaxın olub
# 05 fevral 2011 08:11 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar ayında Azərbaycanda istehlak mallarının qiymətləri və xidmət tarifləri 2010-cu ilin dekabr ayı ilə müqayisədə 0,8% bahalaşıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, ay ərzində ərzaq məhsullarının qiymətləri 1,5% bahalaşıb, əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tarifləri 0,4% ucuzlaşıb, qeyri-ərzaq mallarının qiymətləri isə əvvəlki ayla eyni səviyyədə qalıb.

Ötən ay ərzaq məhsullarından düyünün, manna yarmasının, makaron məmulatlarının, mal və qoyun ətinin, toyuq və toyuq budunun, təzə balığın, pasterizə olunmamış üzlü südün, pendirin, kərə yağının, bitki yağlarının, limonun, portağalın, naringinin, almanın, armudun, heyvanın, narın, xurmanın, şabalıdın, kələmin, çuğundurun, xiyarın, pomidorun, bibərin, sarımsağın, soğanın, kartofun, siqaretlərin qiymətləri bahalaşıb. Eyni zamanda, ay ərzində bahalaşma ilə yanaşı bəzi ərzaq məhsullarının qiymətlərində ucuzlaşma da müşahidə olunub ki, bu əsasən buğda ununun, çörək məhsullarının, qarabaşaq yarmasının, yumurtanın, süfrə marqarininin, bananın, göyərtinin, kökün qiymətlərində qeydə alınıb.

Yanvar ayında əhaliyə göstərilən pullu xidmətlərdən yerli, MDB və beynəlxalq reyslər üzrə hava sərnişindaşıma tariflərində ucuzlaşma, MDB ölkələrinə dəmiryol sərnişindaşıma tariflərində isə bahalaşma müşahidə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR