Bank Of Baku

İğtişaşlar Misirə hər gün 310 mln. dollar ziyan vurur

İğtişaşlar Misirə hər gün 310 mln. dollar ziyan vurur
# 05 fevral 2011 08:42 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Misirin müxtəlif şəhərlərində baş verən iğtişaşlar ölkə iqtisadiyyatına gündə 310 mln. ABŞ dolları zərər vurur.

«APA-Economics»in BBC-yə istinadən verdiyi məlumata görə, «Credit Agricole» bankının apardığı təhlillərə əsasən, 2011-ci ildə Misirdə ÜDM-in artım tempinin əvvəllər proqnozlaşdırılan 5,3% deyil, 3,7% olacağı gözlənilir.

Misirdə banklar və fond birjası son 10 gün ərzində işləməyib. Eyni zamanda, ölkənin iri şəhərlərində zavod və fabriklər fəaliyyətini dayandırıb.

Bir çox turizm şirkətləri turistlərin Misirə göndərilməsini dayandırıb. Nəzər alsaq ki, hazırda Misirdə turizm mövsümünün ən qızğın vaxtıdır, turistlərin Misirə gəlməməsi ölkə iqtisadiyyatına ciddi təsir göstərəcək.

Bundan başqa, Misirdə ərzaq məhsulları üzrə ciddi qiymət artımı gözlənilir. Halbuki, iğtişaşların səbəblərindən biri də məhz qiymətlərin artması olub.

Qeyd edək ki, Misirdəki iğtişaşlar artıq 2 həftədən çox davam edir. Yüz minlərlə insanlar hazırkı dövlət başçısı Hüsni Mübarəkin istefasını və növbədənkənar seçkilərin keçirilməsini tələb edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR