Bank Of Baku

İnkişafda olan ölkələr bir həftəyə 4 mlrd. dollar investisiya itirib

İnkişafda olan ölkələr bir həftəyə 4 mlrd. dollar investisiya itirib
# 05 fevral 2011 10:12 (UTC +04:00)
«APA-Economics»in «Reuters»a istinadən verdiyi məlumata görə, bunun nəticəsində bir həftə ərzində inkişafda olan ölkələrin fond bazarları 4,1 mlrd. ABŞ dolları məbləğində vəsait itirib. Vəsaitin geri götürülməsinin əsas səbəbi Misirdə baş verən iğtişaşlar olub ki, bu da öz növbəsində inkişafda olan ölkələrdə siyasi qeyri-stabilliyin artması ilə təhlükəlidir.

İnkişafda olan ölkələrdən geri götürülən vəsaitləri investorlar ABŞ-ın qiymətli kağızlarına yönəldiblər. Bu da hazırda ABŞ-ın makroiqtisadi statistikasının yaxşı səviyyədə olması ilə əlaqədardır.

İnvestorlar ən çox pullarını Çin və Hindistanın fond bazarlarından geri götürüb. Belə ki, bu ölkələrdən geri çəkilən vəsaitin ümumi həcmi 800 mln. dollar təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR