Bank Of Baku

Misirdə iğtişaşlardan zərər çəkmiş və xəsarət alanlara kompensasiya ödəniləcək

Misirdə iğtişaşlardan zərər çəkmiş və xəsarət alanlara kompensasiya ödəniləcək
# 05 fevral 2011 12:40 (UTC +04:00)
Bakı – APA. Misir hökuməti ölkə ərazisində baş verən iğtişaşlar zamanı zərər çəkmiş və xəsarət alanlara kompensasiyaların ödənilməsi üçün 862 mln. dollar həcmində vəsait ayırıb. APA-nın «RİA Novosti»yə istinadən verdiyi məlumata görə, bunu Misirin yeni maliyyə naziri Samir Rədvan bildirib.

Nazir qeyd edib ki, ilk növbədə maddi yardımı daha çox zərər çəkmiş şəhərlərin sakinləri və sahibkarlar, o cümlədən ticarət obyektləri və avtomaşınları zədələnmiş insanlar alacaqlar.

Misir hökuməti hələlik iqtisadiyyata dəyən ümumi ziyanı hesablamayıb. Lakin xarici ekspertlərin apardığı qiymətləndirməyə görə, Misir iqtisadiyyatının gündəlik zərəri ən azı 300 mln. avrodur. Təkcə turizm sahəsində ölkənin itkiləri 1 mln-dək turistin Misiri təcili tərk etməsi nəticəsində artıq 1 mlrd. dolları ötüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR