Bank Of Baku

Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri Niderlandın səfiri ilə görüşüb

Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri Niderlandın səfiri ilə görüşüb
# 05 fevral 2011 16:53 (UTC +04:00)
Bakı – APA. Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev Niderlandın Azərbaycandakı səfiri Aryen Peter Uiyterlinde ilə görüşüb.

DGK-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə A.Əliyev Azərbaycan ilə Niderland arasındakı siyasi, iqtisadi, mədəni əlaqələrdən danışıb, bu əlaqələrin daha da genişlənəcəyinə əminliyini bildirib. Komitə sədri vurğulayıb ki, ölkələr arasındakı əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən gömrük işi sahəsində genişləndirilməsi üçün tərəflərin geniş potensialı mövcuddur.

Səfir A.P.Uiyterlinde Niderlandın Azərbaycanla əməkdaşlığa böyük əhəmiyyət verdiyini qeyd edib. İki ölkənin gömrük orqanlarının gələcək əməkdaşlığından danışan diplomat gömrük orqanları arasında təcrübə və bilik mübadiləsinin aparılmasının qarşılıqlı əməkdaşlığın inkişafına bir töhfə olacağına əminliyini ifadə edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR