Bank Of Baku

Misirdən kapital axını 8 mlrd. dollara çata bilər

Misirdən kapital axını 8 mlrd. dollara çata bilər
# 07 fevral 2011 07:28 (UTC +04:00)
Bakı - APA-Economics. Son iki həftə ərzində Misirdə baş verən kütləvi iğtişaşlar nəticəsində ölkədən kapital axını 8 mlrd. dollara çata bilər.

APA-Economics”in xəbərinə görə, bu barədə Misir Mərkəzi Bankının icraçı direktoru əl-Uqda Faruk dövlət televiziyasının efirində bildirib.

Onun sözlərinə görə, Misir bu problemin öhdəsindən gəlmək üçün kifayət qədər valyuta ehtiyatına malikdir. Ötən ilin sonuna ölkənin valyuta ehtiyatlarının həcmi 36 mlrd. dollar təşkil edib.

“Əlbəttə, gələn həftə bəzi problemlər olacaq. amma biz belə vəziyyətlərdə necə davranmaq təcrübəsinə malikik. Bu, iqtisadi böhran deyil, iqtisadiyyata təsir edən siyasi böhrandır” - deyə əl-Uqda Faruk qeyd edib.

Qeyd edək ki, Fransanın “Credit Agricole” bankının hesablamalarına görə, siyasi böhran artıq Misirə 3,1 mlrd. dollar ziyan vurub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR