Bank Of Baku

«Kapital Bank» virtual kart sisteminin tətbiqinə başlayıb

«Kapital Bank» virtual kart sisteminin tətbiqinə başlayıb
# 07 fevral 2011 11:14 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Kapital Bank» ASC-nin «İnternet Banking» sisteminə qoşulmuş hər bir şəxs bankın virtual kartlarından istifadə edə biləcək. Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, mal və xidmətlərin haqqının internet vasitəsilə ödənilməsi məqsədilə nəzərdə tutulmuş bu kartlar «Visa» sisteminə aiddir.

«Virtual kartın müştəriyə qazandırdığı başlıca üstünlük təhlükəsizliyin ən yüksək səviyyədə təmin olunmasıdır. Müştəri internet vasitəsilə ödəmək istədiyi konkret məbləği əvvəlcədən plastik kart hesabından virtual kart hesabına köçürür və ödənişi virtual kart vasitəsilə apararaq plastik kart hesabındakı digər vəsaitləri risklərdən sığortalayır. «Kapital Bank» hər virtual kartı simvolik qiymətə - cəmi 1 manata təklif edir. Bir virtual kartdan maksimal istifadə müddəti 6 aydır», - deyə bankdan bildirilib.

Qeyd edək ki, müştəri özü və yaxın adamları üçün eyni vaxtda 6 virtual kart yarada bilər.

Xatırladaq ki, «Kapital Bank» 2000-ci ildən fəaliyyət göstərir. Bankın səhmdarları rolunda «Paşa Holding» (97,5%) və bankın əmək kollektivi (2,5%) çıxış edir. Bankın ölkə üzrə 88 filialı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR