Bank Of Baku

«Bank Avrasiya» ötən il aktivlərini 48% artırıb

«Bank Avrasiya» ötən il aktivlərini 48% artırıb
# 07 fevral 2011 13:01 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Bank Avrasiya» ASC-nin aktivlərinin həcmi 2011-ci il yanvar ayının 1-nə 60,189 mln. manat təşkil edib ki, bu da 2010-cu ilin əvvəlinə olan göstərici ilə müqayisədə 47,7% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın depozit portfeli təxminən 2 dəfə artaraq 32,657 mln. manat, o cümlədən əhalinin əmanətləri 30,622 mln. manat, kredit portfeli 1,3% artaraq 20,288 mln. manat, o cümlədən istehlak kreditlərinin həcmi 61% azalaraq 1,870 mln. manat olub.

Bu müddət ərzində bankın məcmu kapitalı 0,6% azalaraq 20,290 mln. manat, o cümlədən nizamnamə kapitalı sabit qalaraq 20 mln. manat təşkil edib.

Qeyd edək ki, ötən il bankın gəlirləri 14% azalaraq 4,175 mln. manat, xərcləri isə 7,1% artaraq 4,474 mln. manata çatıb. Nəticədə, bank 2010-cu ili 298,62 min manat zərərlə başa vurub. Məlumat üçün qeyd edək ki, 2009-cu ildə bank 662 min manat mənfəət əldə edib.

Xatırladaq ki, «Bank Avrasiya» ASC-yə lisenziya 2007-ci ilin noyabr ayında verilib. Hazırda bankın 1 filialı, 4 bankomatı, 23 POS-terminalı və 44 işçisi var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR