Bank Of Baku

Azərbaycan Bank Tədris Mərkəzi təlimlin qiymətlərində güzəştlər tətbiq edib

Azərbaycan Bank Tədris Mərkəzi təlimlin qiymətlərində güzəştlər tətbiq edib
# 07 fevral 2011 13:11 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Bank Tədris Mərkəzi (ABTM) 2011-ci il üçün təlim sahəsində əməkdaşlıq etdiyi bütün biznes tərəfdaşlarına sifarişin həcmindən asılı olaraq təlim xidmətlərinin qiymətlərində güzəştlər tətbiq edib.

ABTM-dən «APA-Economics»ə verilən məlumata görə, güzəştlər təlim xidmətləri üzrə sifarişin həcmindən asılı olaraq dəyişir. Belə ki, il üzrə 5 min manatadək olan təlimlərə bu güzəştlər şamil edilmir.

Qeyd edək ki, illik ödəniş həcmi 5-10 min manat olan təlimlərə görə 5%, 10-15 min manat olan təlimlərə 10%, 15-20 min manat olan təlimlərə 15%, 20-25 min manat olan təlimlərə 20%, 25 min manatdan çox olan təlimlərə isə 25% güzəşt edilir.

Xatırladaq ki, ABTM Azərbaycan Banklar Assosiasiyasının törəmə müəssisəsi olaraq Avropa İttifaqının TACIS proqramının köməyi ilə yaradılıb və 2000-ci ilin fevral ayından fəaliyyət göstərir.

ABTM kommersiya bank işi və biznesin idarə edilməsi üzrə 1847 dinləyicinin iştirak etdiyi 116 kurs keçirərək Azərbaycanın ən böyük təlim müəssisəsi sayılır. ABTM hazırda Avropa Yaşlıların Təhsili Assosiasiyası, Avropa Bank Tədrisi Şəbəkəsi və Azərbaycan Sahibkarlar Konfederasiyasının üzvüdür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR