Qiymətli Kağızlar üzrə Dövlət Komitəsindən (QKDK) «APA-Economics»ə verilən məlumata görə, 2010-cu ildə korporativ qiymətli kağızlar bazarının həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 67% artaraq 762,4 mln. manat təşkil edib. Həyata keçirilmiş hədəfli tədbirlər nəticəsində hesabat dövrünün sonuna doğru dövlət qiymətli kağızlar bazarının azalma tempində səngimə müşahidə edilib.
Eyni zamanda, 2010-cu ildə ölkədə səhm bazarı 2009-cu ilə nisbətən 37,3% artaraq 470,3 mln. manat təşkil edib, o cümlədən səhmlərin ilkin bazarı 16,5% artaraq 425,8 mln. manata çatıb. Səhmlərin təkrar bazarı (Bakı Fond Birjasında keçirilən əqdlər üzrə) hesabat ilində 2,7 dəfə azalaraq 15,5 mln. manat, birjadankənar təkrar səhmlərin həcmi isə 3,6 dəfə azalaraq 29 mln. manat təşkil edib.
Hesabat ilində korporativ istiqrazlar bazarı 2,5 dəfə artaraq 292 mln. manatdan artıq olub. İl ərzində müxtəlif gəlirlikli, müddətli və nominasiyalı korporativ borc alətləri bazara çıxarılıb. Belə ki, hesabat ili ərzində xarici valyutada nominasiya olunmuş istiqrazların ilkin və təkrar bazarı ötən il ilə müqayisədə təxminən 3 dəfə artıb.
Hesabat dövründə Azərbaycan İpoteka Fondunun istiqrazlarının buraxılışı da davam edib. Belə ki, il ərzində 60 mln. manatlıq ipoteka istiqrazları emissiya edilib, bütövlükdə isə 2009-cu ildə qeydiyyata alınmış buraxılışdan qalmış hissə də nəzərə alınmaqla 81 mln. manatlıq ipoteka istiqrazları yerləşdirilib. Ötən il ərzində 2 567 ipoteka kağızı dövlət qeydiyyatına alınıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,5 dəfə çoxdur.
Korporativ Qiymətli Kağızlar | |||||
Qiymətli kağızların növləri | 2010-cu il | 2009-cu il | Məbləğ üzrə fərq (%) | ||
Əqdlərin sayı | Məbləğ (manat) | Əqdlərin sayı | Məbləğ (manat) | ||
Korporativ Qiymətli Kağızlar | 4 347 | 762 411 517 | 6 674 | 457 467 170 | 66,7 |
Səhmlər | 4 125 | 470 327 034 | 6 532 | 342 431 274 | 37,3 |
Səhm (ilkin bazarda yerləşdirilmiş) | 1 835 | 425 794 983 | 2 998 | 196 648 619 | 16,5 |
Səhm (təkrar bazar - BFB) | 2 065 | 15 554 689 | 2 937 | 41 929 959 | -2,7 dəfə |
Səhm (təkrar bazar - birjadankənar) | 225 | 28 977 362 | 597 | 103 852 696 | -3,6 dəfə |
Korporativ İstiqrazlar | 222 | 292 084 483 | 142 | 115 035 895 | 2,5 dəfə |
Korporativ istiqrazlar | 103 | 112 660 042 | 64 | 50 750 835 | 2,2 dəfə |
Korporativ istiqrazlar | 1 | 6 267 066 | 11 | 2 425 111 | 2,6 dəfə |
Korporativ istiqrazlar | 1 | 1 053 799 | 0 | 0 | - |
Korporativ istiqrazlar | 105 | 164 132 563 | 34 | 61 262 301 | 2,7 dəfə |
Korporativ istiqrazlar | 5 | 7 505 000 | 13 | 195 000 | 38,5 dəfə |
Korporativ istiqrazlar | 7 | 466 013 | 20 | 402 648 | 15,7 |
YENİLƏNİB'>