Bank Of Baku

«Access Bank» ötən il mənfəətini 33% artırıb

«Access Bank» ötən il mənfəətini 33% artırıb
# 07 fevral 2011 14:04 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «Access Bank» QSC-nin aktivlərinin həcmi 2011-ci il yanvar ayının 1-nə 373,020 mln. manat təşkil edib ki, bu da 2010-cu ilin yanvarın 1-nə olan göstəricidən 21,4% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın depozit portfeli 82% genişlənərək 91,189 mln. manata, o cümlədən əhalinin əmanətləri 85,278 mln. manata, müddətli depozitlər 74,629 mln. manat, tələb olunanadək depozitlər isə 10,649 mln. manata çatıb. Həmçinin, bankın kredit portfeli 14% artaraq 271,821 mln. manat, o cümlədən istehlak kreditlərinin həcmi 35,5% artaraq 22,405 mln. manat, vaxtı keçmiş kreditlərin həcmi isə 3,332 mln. manat təşkil edib.

Təhlil aparılan il ərzində bankın məcmu kapitalı 34% artaraq 83,746 mln. manat, o cümlədən nizamnamə kapitalı 2,1 dəfə artaraq 41,8 mln. manat təşkil edib.

Qeyd edək ki, ötən il bankın məcmu gəlirləri 29,3% artaraq 89,666 mln. manat, xərcləri isə 27,81% artaraq 63,099 mln. manat olub. Nəticədə, bankın mənfəəti 2010-cu ildə 33% artaraq 26,567 mln. manata çatıb.

Xatırladaq ki, «Access Bank» 2002-ci ilin oktyabr ayında Azərbaycan Mikromaliyyələşdirmə Bankı kimi fəaliyyətə başlayıb və 2008-ci ilin sentyabr ayında brendini dəyişib. Bankın təsisçiləri rolunda Avropa Yenidənqurma və İnkişaf Bankı (20%), Beynəlxalq Maliyyə Korporasiyası (20%), Qara Dəniz Ticarət və İnkişaf Bankı (20%), Almaniyanın KfW Bankı (20%), «AccessHolding» (16,53%) və «LFS Financial Systems GmbH.» şirkəti (3,47%) çıxış edir. Bankın ölkə üzrə 28 filialı, 29 bankomatı və 49 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR