Maliyyə Nazirliyi Azərbaycanın sığorta bazarında üç dəfədən çox artım proqnozlaşdırır
Daxilolmaların ənənəvi mənbələrinin kəskin azalması şirkətləri yeni mənbələr axtarmağa vadar edib. Bu isə 2009-cu illə müqayisədə sığorta daxilolmalarının azalmasına gətirib çıxarıb. Bununla belə, bazar stabilləşə bilib, yeni perspektivlər açılıb, şirkətlər yeni səviyyəyə yüksəlib. Bu və digər məsələlərlə bağlı «Ekonomist» jurnalının suallarını Maliyyə Nazirliyi Dövlət Sığorta Nəzarəti Xidmətinin rəhbəri Namiq Xəlilov cavablandırıb.
- Namiq müəllim, 2010-cu ildə Azərbaycan sığorta bazarının vəziyyətini necə qiymətləndirirsiniz?
- Ötən il Azərbaycanın sığorta bazarının yeni bazar şəraitinə uyğunlaşması ili olub. Bildiyiniz kimi, 2008-ci ilə qədər sığorta bazarının böyük hissəsi bank sektoru, kredit bazarı ilə bağlı olub. Böhrandan sonra bu sahədə azalma müşahidə olunub, insanlar kredit məsələsinə daha məsuliyyətlə yanaşmağa başladılar, kredit alanlar azaldı. Bu sahədən sığorta bazarına daxilolmalar da azaldı. Ona görə də sığorta şirkətləri bazardakı mövqelərini qorumaq üçün vəziyyətə uyğunlaşmalı oldular. Yəni həm yeni sığorta məhsulları, həm də müştəri bazası baxımından daha ciddi işləməli oldular. Bəzi şirkətlər işlərini daha çevik, daha peşəkar qurmaqla bu şəraitə uyğunlaşa bildilər və öz bizneslərini nəinki qoruyub saxlaya, hətta artıra bildilər. Bəziləri isə əksinə, uyğunlaşa bilmədilər. Biznesi hansısa konkret bankla və ya başqa mənbə ilə bağlı olan şirkətlər o mənbədə azalma baş verən kimi onu başqa mənbə ilə əvəz edə bilmədilər ki, bu da azalma ilə nəticələndi. Bu baxımdan 2010-cu ili keçid dövrü kimi qiymətləndirmək olar.
- Yəni ötən il sığorta şirkətləri üçün möhkəmlik testi olub?
- Əlbəttə. Sığorta şirkətləri bazardakı bütün xırdalıqları nəzərə almağa başladılar. Əvvəllər bəzi bazar iştirakçıları, şirkətlər qanunvericiliyə və ya digər sənədlərə edilən dəyişikliklərin əhəmiyyətini lazımınca qiymətləndirmirdilər. Amma düşünürəm ki, böhran və onun təsirləri çoxlarının düşüncəsində və yanaşmasında çox böyük transformasiyaya səbəb oldu. Sığorta şirkətləri bəzi məsələləri başa düşdülər, hər şeyin qədrini bildilər. Xüsusilə risklərin diversifikasiyasının çox vacib olduğunu anladılar. Özü də bir çox mənalarda. Bu, həm kapitalın yerləşdirilməsi, həm də sığorta portfelinə aiddir. Bir daha təsdiqləndi ki, bir böyük müştərinin olması daha risklidir, nəinki bir çox xırda müştərinin. Mən sığorta şirkətlərinin kütləvi istehlakçı tərəfə yönəlməsini yaxşı hal sayıram.
- 2010-cu ildə sığorta haqlarının strukturunda ən çox azalma mülki məsuliyyətin sığortasında qeydə alınıb. Bu nə ilə bağlıdır?
- Bunun konkret səbəbini demək çətindir. Yalnız onu deyə bilərəm ki, bizim bazar o qədər də böyük olmadığına görə hansısa böyük müqavilənin imzalanması və ya uzadılmaması özünü dərhal göstərir. Məsələn, hansısa böyük inşaat layihəsi üzrə sığorta müqaviləsi bağlanır, onun tikintisi başa çatandan sonra müqavilə dayandırılır və s. Əvəzində 2010-cu ildə kütləvi sığorta haqlarında artım var və mən bu qənaətə gəlirəm ki, artıq bazar sabitləşib.
- Sığorta sektorunda baş verən ən mühüm yenilik istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortanın tətbiqi oldu. Bu sığorta növünün tətbiqi bazarın nə qədər böyüməsinə səbəb olacaq?
- Hələlik bunu demək çətindir, amma təqribi hesablamalara görə, bu sığorta növünün tətbiqi nəticəsində bazarın 30-40 mln. manat artacağını deyə bilərik.
- Hazırda bazarda həyat sığortası üzrə xidmətlər təklif edən cəmi iki şirkət var. Bu, bazarın tələbatını ödəmək üçün kifayət edəcəkmi?
- Əvvəla, onu deyim ki, bu yeniliklərin tətbiq olunacağı ilə bağlı proseslər xeyli vaxtdır ki, başlanmışdı və sığorta şirkətlərinin buna hazırlıq görmələri, o cümlədən yeni şirkət yaratmaları üçün kifayət qədər vaxtı vardı. Hazırda həyat sığortası xidməti təklif edən yeni şirkətlərin yaradılması da gözlənilir. Artıq bununla bağlı müraciətlər var. Bu müraciətlərdən birinə baxılması artıq yekun mərhələdədir. İkinci müraciət bir qədər əvvəl daxil olub. Bununla şifahi maraqlanıb, marağını ifadə edənlər də var. Yəni bu proses artıq başlayıb. Amma qeyd edim ki, bu xidməti göstərən şirkətlərin artımı təkcə bu sahədə icbari sığorta ilə bağlı deyil. Ümumiyyətlə, dünya sığorta bazarında həyat sığortası növləri böyük yeri tutur. Məsələn, Avropada toplanan sığorta haqlarının 55-60%-i həyat sığortasının payına düşür.
- Bu il bazarda başqa hansı yeniliklər gözlənilir?
- Bu yaxınlarda Milli Məclisdə yeni «İcbari sığortalar haqqında» qanun layihəsinin müzakirəsi keçirilib. Bu qanun çərçivəsində yeni sığorta növlərinin tətbiqi nəzərdə tutulub. Bunun nə vaxt baş verəcəyi dəqiq deyil, amma proses başlayıb. Biz ümid edirik ki, bu qanun sığortaçılar və müştərilər arasında maraqların balansını yaratmağa imkan verəcək.
- 2011-ci ildə sığorta bazarının həcmini necə proqnozlaşdırırsınız?
- Biz 2011-ci ildə bazarın artacağını gözləyirik. Ayrı-ayrı şirkətlər üzrə artım sürəti müxtəlif ola bilər, bəzilərində azalma da baş verə bilər. Amma ümumilikdə bazar sabitləşib, sığortaçılar reklam bazarında və yeni müştərilərin cəlb olunması baxımından aktivləşib. Nəticədə, bu il bazarın həcminin 180-200 mln. manata çatacağını proqnozlaşdırırıq.
- Namiq müəllim, 2010-cu ildə Maliyyə Nazirliyinin qərarı ilə sığorta şirkətlərinin nizamnamə kapitallarına qoyulan tələblər yumşaldılıb. Bank sektorunda nizamnamə kapitalı tələblərə cavab verməyən banklar qarşısında məsələ kəskin qoyulur - ya konsolidasiya, ya da bazardakı vəziyyətə yenidən baxmaq. Sığorta bazarında necə, nizamnamə kapitalı tələblərə cavab verməyən şirkətlərlə bağlı hansı tələblər qoyulacaq?
- Konsolidasiya barədə tələb o zaman qoyula bilər ki, onların kapitalı qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab verməsin. Belələri üçün bir neçə çıxış yolu var - ya bazardan çıxmaq, ya əlavə kapital cəlb eləmək, ya konsolidasiya etmək. Amma onlar formal cəhətdən kapital tələbinə uyğundurlarsa, onlara qarşı belə tələblər qoymaq əsassızdır.
- Nizamnamə kapitalının həcmi minimum hədd ətrafında olanlar riskləri lazımi keyfiyyətdə ödəyə bilirlərmi?
- Bəli. Onların nizamnamə kapitalının o həddə olması o deməkdir ki, onların qanunvericiliklə müəyyən edilmiş həddə ehtiyatları var. Amma kapitala da iki baxımdan yanaşmaq olar. Məsələn, ola bilsin ki, kapital ehtiyatları kifayət qədər formalaşıb, onu təmin edən aktivlər də kifayət qədərdir, məcmu kapital qanunvericiliklə müəyyən edilmiş minimum məbləğə uyğundur, hətta bir qədər də artıqdır. Qanuni cəhətdən burda hər şey qaydasındadır, belə vəziyyətdə olan şirkət öz fəaliyyətini qanunvericiliklə apara bilər və s. Amma gələcək inkişaf baxımından belə şirkətlərin perspektivi çox azdır. Çünki burda rəqabətli bazar şəraitində inkişaf etmək üçün inkişafa investisiya qoymaq, satış şəbəkəsini artırmaq, informasiya texnologiyalarını tətbiq etmək, işçilərin təlim-tədrisini təşkil etmək, əhatə dairəsini artırmaq, filiallar açmaq və s. lazımdır. Bunların hamısı investisiya tələb edən sahələrdir. Amma bunları etmədən biznesi artırmaq mümkün deyil. Ona görə də inkişaf etmək istəyən şirkət investisiya qoymalıdır, investisiya qoymaq üçün də onu minimum kapitaldan artıq vəsaiti olmalıdır. Çünki şirkət həmin vəsaiti xərcləyə bilmir, ona toxunmaq olmaz. Yəni cari xərcləri ödəmək üçün şirkətlərin əlavə vəsaiti olmalıdır. Bu mənada sizinlə razıyam ki, belə vəsaitləri olan şirkətlərin perspektivi daha yaxşıdır, nəinki gələcəyə pul qoya bilməyən şirkətlər. Bu mütənasiblik sığorta haqlarının sığorta şirkətləri üzrə bölgüsündə də görünür. Yəni daha çox kapitalı olan şirkətlərin yığımı da daha yüksəkdir.
- 2010-cu il də daxil olmaqla son iki ildə ölkədə sığorta haqlarının azalması qeydə alınsa da, sığorta ödənişləri (hadisələrə görə sığorta şirkətlərinin ödədiyi məbləğlər) davamlı surətdə artmaqdadır. Bunun səbəbi nədir? Sığorta hadisələri artıb, yoxsa müştərilər artıq öz hüquqlarını başa düşüblər?
- Elədir. Müştərilər öz hüquqlarını daha yaxşı bilib müdafiə etməyə başlayıblar. Məsələ bundadır ki, ötən il ölkədə sığorta bazarına təsir edə biləcək böyük hadisə qeydə alınmayıb. Əvvəllər, məsələn, neft sektorunda və ya aviasiya sahəsində hansısa hadisələrə görə məbləği 14-15 mln. manata çatan ödənişlər olub və bunlar bazara təsir edib. Ötən il isə belə hal baş verməyib. Yəni ötən il qeydə alınan 54 mln. manatlıq sığorta ödənişinin hamısı xırda və orta ödənişlərdən yığılan məbləğdir, kütləvi ödənişlərin nəticəsidir. Səbəbi odur ki, insanlar artıq hüquqlarını yaxşı başa düşür, daha yaxşı maariflənərək hüquq və vəzifələrini bilirlər. Digər tərəfdən, sığorta şirkətləri də həm rəqabətə görə, həm də müştərilərin daha hazırlıqlı olmalarına görə işlərinə daha məsuliyyətlə yanaşmağa başlayıblar. Nəhayət, qanunvericiliyin tələbləri, bu sahədə nəzarət sərtləşib. Nəticədə, biz də bu tendensiyanı qeyd etmişik ki, sığorta haqlarının azalmasına baxmayaraq, ödənişlər sabit qalıb, hətta artıb.
- Qarşıda sığorta qanunvericiliyində hansısa yeniliklərin tətbiqi gözlənilirmi?
- Bəli, biz bu il qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı bəzi məsələlər üzərində işləyirik. Söhbət sığortalıların hüquqlarının qorunmasından gedir. Məsələn, sığorta müqaviləsi bağlananda hansı məlumatlar verilməlidir - bu məsələ reqlamentləşdiriləcək və bu məlumat standart olacaq. Bundan başqa, şikayətlərə baxılması qaydaları dəqiqləşdiriləcək. Məsələn, Britaniyada qaydalara görə kimsə sığorta şirkətinin işindən narazı qalıbsa, birbaşa ombudsmana müraciət edə bilməz. O, əvvəlcə şirkətin rəhbərinə müraciət etməlidir - bəlkə məsələ elə bu səviyyədə həll olunacaq. Amma qaydaya görə, bu məsələyə müəyyən vaxt ərzində baxılıb cavab verilməlidir. Şikayətçi bundan qane olmasa, ombudsmana şikayət edə bilər.
- Ötən il Azərbaycanın sığorta bazarına dünyanın əsas sığorta şirkətlərindən birinin daxil olması bazara necə təsir edəcək?
- AXA-nın Azərbaycana gəlməsi əlamətdar bir haldır. Yəni dünyanın ən böyük sığorta şirkətlərindən biri Azərbaycanda özü üçün potensial görür. Mənə elə gəlir ki, bu da digər böyük oyunçular üçün bir siqnaldır ki, əgər AXA Azərbaycan bazarına daxil olursa, deməli, artıq Azərbaycana gəlmək vaxtıdır.
- Bununla bağlı başqa iri şirkətlərdən müraciətlər daxil olubmu?
- Belə müraciətlər böhrandan əvvəl vardı, amma böhran onlara da təsir edib, indi onlar öz problemlərini həll etməklə məşğuldurlar. Nəticədə onların Azərbaycanla bağlı planları bir qədər sonraya qalıb. Yəqin ki, digər problemləri aradan qaldırandan sonra yenidən bu barədə fikirləşəcəklər. Əslində dünyanın sığorta bazarına nəzər salanda iri şirkətlər hökmən inkişaf etməkdə olan bazarlara gəlməlidirlər. Çünki inkişaf etmiş ölkələrin sığorta bazarı demək olar ki, doyub - burda illik artım ən yaxşı halda 0,5-1% olur. İnkişaf etməkdə olan ölkələrdə isə artım sürəti qat-qat yüksəkdir. Məsələn, hazırda Azərbaycanda sığorta haqlarının adambaşına düşən məbləği 17 manat təşkil edir. Region üzrə göstəricini nəzərə alanda bu rəqəmin bir neçə dəfə, dünya göstəricisini nəzərə alanda isə bir neçə 100 manat artması imkanı var.
- Ümumilikdə Azərbaycanda sığorta bazarının potensialını necə qiymətləndirirsiniz?
- Yaxın perspektivdə təqribən 400-500 mln. manat, daha uzaq müddət üçün isə 1 mlrd. manat və ya daha da çox.

Maliyyə
YENİLƏNİB'>
"Moody's" ABB-nin kredit reytinqini təsdiqləyib - YENİLƏNİB
Şuşada Türk Dövlətləri Təşkilatı ölkələrinin Rəqabət Forumu keçirilib - FOTO
“Bakı Metropoliteninin Genişləndirilməsi Layihəsi - I Mərhələ” üzrə kredit sazişi imzalanıb