Bank Of Baku

«AGLeasing» şirkətinin lizinq portfeli 3 mln. manata çatıb

«AGLeasing» şirkətinin lizinq portfeli 3 mln. manata çatıb
# 07 fevral 2011 14:53 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın «AGLeasing» şirkətinin lizinq portfelinin həcmi 2010-cu il fevral ayının 1-nə 2,944 mln. manat təşkil edib ki, bu da 2010-cu ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 53,4% azdır.

Şirkətin baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə şirkətin lizinqə verdiyi avadanlıqların dəyəri 43% azalaraq 5,413 mln. manata, lizinq müqavilələrinin sayı isə 22% azalaraq 103-ə çatıb. Bu müddət ərzində şirkətin nizamnamə kapitalının həcmində artım olmayıb. Lizinq portfelinin strukturuna gəldikdə, tikinti, ictimai nəqliyyat və istehsalat sahələri portfelin əsasını təşkil edib.

Xatırladaq ki, «AGLeasing» şirkəti 2005-ci ildən fəaliyyət göstərir. Şirkətin səhmdarları rolunda «AGBank» ASC, Böyük Britaniyanın «Hyperion Capital İnvestments» və ABŞ-ın «Delta Trans Group» şirkətləri çıxış edir. Şirkətin nizamnamə kapitalı 1 mln. manat təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR