Bank Of Baku

Azərbaycanın qiymətli kağızlar bazarında yerli investor portfelinin genişlənməsi müşahidə olunur

Azərbaycanın qiymətli kağızlar bazarında yerli investor portfelinin genişlənməsi müşahidə olunur
# 07 fevral 2011 15:44 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Ötən il ərzində Azərbaycanda qiymətli kağızlar bazarına yeni emitentlərin cəlb olunması və bazarın əsasən yerli investor portfelinin genişlənməsi hesabına dəstəklənməsi müşahidə olunub.
Qiymətli Kağzılar üzrə Dövlət Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, əvvəlki illərdə emintentlərin siyahısında banklar üstünlük təşkil etdiyi halda, 2010-cu ildə digər maliyyə təşkilatları və bank olmayan kredit təşkilatlarının da bazardan vəsait cəlb etməsi müşahidə edilib. Dövr ərzində özəl sektoru təmsil edən 8 emitent borc alətləri bazarına çıxarılıb və 2 emitent ilk dəfə qiymətli kağızlar bazarı vasitəsi ilə maliyyələşib.
Həmçinin, 2009-cu ilin müvafiq dövrü ilə müqayisədə dövlət istiqrazları üzrə yerli investor portfelinin toplam həcmi 225,1 mln. manat təşkil etdiyi halda, 2010-cu ilin dekabr ayında bu göstərici təxminən 2 dəfə artaraq 433,7 mln. manat olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR