Bank Of Baku

Azərbaycan fond bazarında lisenziya əsasında 37 peşəkar iştirakçı fəaliyyət göstərir

Azərbaycan fond bazarında lisenziya əsasında 37 peşəkar iştirakçı fəaliyyət göstərir
# 08 fevral 2011 06:42 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Hazırda Azərbaycanın fond bazarında peşəkar fəaliyyətlə məşğul olmaq üçün 37 lisenziya qüvvədədir. Halbuki, 2009-cu ilin sonuna bu göstərici 38 təşkil edib.
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, ötən il ərzində qiymətli kağızlar bazarında broker fəaliyyəti ilə məşğul olan 1 şirkətin lisenziyası öz müraciəti əsasında dayandırılıb, 1 diler, 1 broker və 1 reyestrsaxlayıcı fəaliyyəti üzrə lisenziya müddətinin bitməsi ilə əlaqədar lisenziyalar yenilənib, 1 diler və 1 qiymətli kağızların idarə olunması fəaliyyəti üzrə yeni lisenziya və peşəkar fəaliyyətlə məşğul olan şəxslərə 65 ixtisas şəhadətnaməsi verilib.
Qeyd edək ki, hazırda ölkənin fond bazarında 13 broker, 13 diler, 4 qiymətli kağızların idarə olunması, 1 klirinq, 3 depozitar, 2 reyestrsaxlayıcı və 1 fond birjası fəaliyyəti ilə məşğul olan şirkətlər mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR