Bank Of Baku

«AtaBank»ın mənfəəti kəskin azalıb

«AtaBank»ın mənfəəti kəskin azalıb
# 08 fevral 2011 07:14 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «AtaBank» ASC-nin aktivlərinin həcmi 2011-ci il yanvar ayının 1-nə 217,854 mln. manat təşkil edib ki, bu da 2010-cu ilin yanvar ayının 1-nə olan göstərici ilə müqayisədə 9,3% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat ilində bankın kredit portfeli 17% azalaraq 106,159 mln. manat o cümlədən istehlak kreditləri 5,6% azalaraq 32,231 mln. manat, Azərbaycan İpoteka Fondunun xətti ilə verilən kreditlər 8,308 mln. manat, bankın öz proqramı vasitəsi ilə verilən ipoteka kreditləri isə 1,417 mln. manat təşkil edib. Həmçinin, bankın depozit portfelinin həcmi 14,1% azalaraq 143,267 mln. manata, o cümlədən əhalinin əmanətləri 85,027 mln. manata, müddətli depozitlər 25,420 mln. manata, tələb olunanadək depozitlər isə 32,820 mln. manata çatıb.

Bu müddət ərzində bankın məcmu kapitalı 6,2% artaraq 26,675 mln. manat, o cümlədən nizamnamə kapitalı 67% artaraq 25 mln. manat olub.

Qeyd edək ki, ötən il ərzində bankın ümumi gəlirləri 13,3% azalaraq 22,319 mln. manat, o cümlədən faiz gəlirləri 18,462 mln. manat, qeyri-faiz gəlirləri isə 3,857 mln. manat təşkil edib. Bankın xərcləri 1,4% artaraq 22,049 mln. manat, o cümlədən faiz xərcləri 13,046 mln. manat, qeyri-faiz xərcləri isə 8,155 mln. manata çatıb. Nəticədə, bankın mənfəəti 2010-cu ildə 93,2% və ya 14,8 dəfə azalaraq 271 min manat təşkil edib.

Xatırladaq ki, «AtaBank» ASC 1993-cü ildən fəaliyyət göstərir. Cari ilin yanvar ayının 1-nə bankın 23 filialı, 54 bankomatı, 283 POS-terminalı və 279 işçisi var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR