Bank Of Baku

Ötən il Azərbaycanda 399 SC inzibati məsuliyyətə cəlb edilib

Ötən il Azərbaycanda 399 SC inzibati məsuliyyətə cəlb edilib
# 08 fevral 2011 08:11 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Ötən il ərzində Azərbaycanda səhmdarların hüquqlarının müdafiəsi, həmçinin, səhmdarlar arasında münasibətlərin tənzimlənməsi ilə bağlı tədbirlər davam etdirilib.

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, 2010-cu ilin nəticələrinə əsasən, Komitəyə qanunvericiliyə uyğun 490 ədəd illik hesabat təqdim edilib ki, bu da əvəlki ilin müvafiq dövrü ilə müqayisədə 6,5% çoxdur. İl ərzində illik hesabatların təqdim edilməməsinə görə 256 səhmdar cəmiyyəti, daxil olan şikayətlər əsasında isə 143 səhmdar cəmiyyəti inzibati məsuliyyətə cəlb edilib.

Bundan başqa, 92 səhmdar cəmiyyətə fəaliyyətlərində aşkar edilmiş qanun pozuntularının aradan qaldırılması haqqında icrası məcburi göstərişlər verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR