Bank Of Baku

ABŞ-da nəhəng bankların top-menecerlərinin bonusları dondurulacaq

ABŞ-da nəhəng bankların top-menecerlərinin bonusları dondurulacaq
# 08 fevral 2011 09:32 (UTC +04:00)
Bakı - APA-Economics. ABŞ-ın Bank Əmanətlərinin Sığortalanması üzrə Federal Korporasiyası (FDİC) ölkənin nəhəng banklarının top-menecerlərinə illik bonusları müvəqqəti dondurmaq fikrindədir.

APA-Economics”in “Associated Press”ə istinadən xəbərinə görə, korporasiyadan bildirilib ki, qərar layihəsi ABŞ Federal Ehtiyatlar Sistemi, Maliyyə Nazirliyi və Qiymətli Kağızlar üzrə Komissiya tərəfindən bəyənildikdən sonra, böyük ehtimalla payızda qüvvəyə minəcək.

Qərar 3 il müddətində qüvvədə olacaq. Bu müddət ərzində maliyyə şirkətlərinin top-menecerləri illik mükafat ala bilməyəcəklər.

Məqsəd 50 mlrd. dollardan çox aktivləri olan şirkətlərin maliyyə əməliyyatları zamanı risklərin azaldılmasıdır. Bunlar əsasən “Bank of America”, “J.P.Morgan Chase”, “Citigroup”, “Goldman Sachs Group” və “Wells Fargo” şirkətləridir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR