Bank Of Baku

Dövlət Statistika Komitəsi: Azərbaycan ötən il xarici ticarət dövriyyəsinin müsbət saldosunu 71% artırıb

Dövlət Statistika Komitəsi: Azərbaycan ötən il xarici ticarət dövriyyəsinin müsbət saldosunu 71% artırıb
# 08 fevral 2011 09:54 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Ötən il ərzində Azərbaycanda qeydiyyatda olan hüquqi və fiziki şəxslər 147 ölkədəki tərəfdaşları ilə 27,9 mlrd. ABŞ dolları məbləğində idxal-ixrac əməliyyatları aparıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, xarici ticarət dövriyyəsinin 21,3 mlrd. dollarını və ya 76,4%-ni Azərbaycandan ixrac olunmuş mallar, 6,6 mlrd. dollarını isə (23,6%-ni) idxal məhsulları təşkil edib. Nəticədə, ixrac idxalı 3,2 dəfə üstələyərək 14,7 mlrd. dollarlıq müsbət xarici ticarət saldosu yaranıb.

Ötən il xarici ticarət dövriyyəsinin həcmi 2009-cu illə müqayisədə 34,1%, o cümlədən ixrac 45,1%, idxal 7,8%, müsbət saldo isə 71% artıb.

Xarici ticarət əməliyyatlarının ¾ hissəsi İtaliya, Fransa, Rusiya, İsrail, ABŞ, Ukrayna, Türkiyə, Çin, Xorvatiya, İndoneziya, Malayziya, Sinqapur və Almaniya ilə aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR