Bank Of Baku

Hesablama Palatası Naxçıvan Muxtar Respublikasının bir sıra elm və təhsil müəssisələrində yoxlamalar aparacaq

Hesablama Palatası Naxçıvan Muxtar Respublikasının bir sıra elm və təhsil müəssisələrində yoxlamalar aparacaq
# 08 fevral 2011 13:04 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA-Economics. Azərbaycan Hesablama Palatası Naxçıvan Muxtar Respublikasının bir sıra elm və təhsil müəssisələrində audit yoxlamaları aparacaq. Bu barədə “APA-Economics”ə Hesablama Palatasından məlumat verilib.

Palatanın fevralın 7-də keçirilmiş kollegiyasının qərarına əsasən Naxçıvan Muxtar Respublikası “Araz” Elm İstehsalat Birliyinin saxlanılmasına ayrılan vəsaitlərin proqnozlaşdırılması, maliyyələşdirilməsi, məqsədli və təyinatı üzrə istifadəsinin və Naxçıvan Qızlar Liseyinin saxlanılmasına ayrılan vəsaitlərin, həmçinin büdcədənkənar daxilolmaların proqnozlaşdırılması, maliyyələşdirilməsi, məqsədli və təyinatı üzrə istifadəsinin auditi keçiriləcək.

Palatanın iclasında Hesablama Palatasının funksiya və vəzifələrinin daha keyfiyyətlə həyata keçirilməsi üçün “Azərbaycan Respublikasının Hesablama Palatası tərəfindən maliyyə-büdcə nəzarəti tədbirləri keçirilən qurumlarda normativ-hüquqi aktların tələblərinə əməl olunmasının yoxlanılması Qaydaları” və “Azərbaycan Respublikasının Hesablama Palatası tərəfindən həyata keçirilən nəzarət tədbirlərinin keyfiyyətinin idarə edilməsi Qaydaları” da təsdiqlənib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR