Bank Of Baku

Polşada sığorta və pensiya fondlarına həsr olunmuş beynəlxalq konfrans keçiriləcək

Polşada sığorta və pensiya fondlarına həsr olunmuş beynəlxalq konfrans keçiriləcək
# 08 fevral 2011 14:36 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Bu ilin martın 8-də Varşavada (Polşa) Mərkəzi və Şərqi Avropada sığorta və pensiya fondlarının investisiya imkanlarına həsr olunmuş beynəlxalq konfrans keçiriləcək. «APA-Economics»in məlumatına görə, «EastEuro Link» şirkətinin təşkilatçılığı ilə keçiriləcək konfrans sığorta bazarı, pensiya fondlarının fəaliyyəti, bu sahələrdə risklərin idarə edilməsi, bu təşkilatların investisiya siyasəti kimi məsələləri əhatə edəcək.

Konfransda həmçinin sözügedən sahələr üzrə milli qanunvericilik, Avropa İttifaqının normativləri, ödəmə qabiliyyətinin qiymətləndirilməsi kimi məsələlər də müzakirə olunacaq. Tədbir «FRS Global», «EIOP», «Black Rock», «AXA», «IBM», «Generali», Polşa Təqaüdçilər Palatası, «Van Ameyde International» kimi şirkətlər tərəfindən dəstəklənir.

Qeyd edək ki, bu konfrans həmçinin Mərkəzi və Şərqi Avropa bazarlarının imkanlarının təqdimat meydançası kimi qiymətləndirir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR