Bank Of Baku

«Zamin Bank» ötən il aktivlərini 29% artırıb

«Zamin Bank» ötən il aktivlərini 29% artırıb
# 08 fevral 2011 14:45 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Zamin Bank» ASC-nin aktivlərinin həcmi 2011-ci il yanvar ayının 1-nə 242,791 mln. manat təşkil edib ki, bu da ötən ilin əvvəlinə olan analoji göstəricidən 29,4% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat ilində bankın depozit portfeli 31% artaraq 55,661 mln. manat, o cümlədən əhalinin əmanətləri 48,471 mln. manat, müddətli depozitlər 41,809 mln. manat, tələb olunanadək depozitlər isə 13,825 mln. manat olub. Bankın kredit portfeli 33% artaraq 154,285 mln. manata, o cümlədən istehlak kreditlərinin həcmi 66% artaraq 44,651 mln. manata, 12 ayadək verilmiş kreditlər 42,312 mln. manata, 12 aydan artıq müddətə verilmiş kreditlər 111,973 mln. manata, vaxtı keçmiş kreditlər 3,711 mln. manata, Azərbaycan İpoteka Fondunun xətti ilə verilən ipoteka kreditləri 19,519 mln. manata, bankın öz proqramı vasitəsi ilə verdiyi ipoteka kreditlərinin həcmi isə 8,883 mlın. manata çatıb.

Bankdan bildirilib ki, bu müddət ərzində bankın məcmu kapitalı 34% artaraq 24,838 mln. manat, o cümlədən nizamnamə kapitalı 57% artaraq 20,722 mln. manat təşkil edib.

Qeyd edək ki, ötən il bankın ümumi gəlirləri 53,3% artaraq 21,540 mln. manat, xərcləri isə 74% artaraq 20,080 mln. manat olub. Nəticədə, 2010-cu ildə bankın mənfəəti 42,2% azalaraq 1,460 mln. manata çatıb.

Xatırladaq ki, «Zamin Bank» ASC 1992-ci ilin noyabrında yaradılıb. Bankın ölkə üzrə 35 filialı, həmçinin, 6 şöbəsi, Rusiyada «Moskva» nümayəndəliyi, 34 bankomatı və 1 891 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR