Bank Of Baku

BVF-nin ölkə üzrə missiyasının yeni rəhbəri Azərbaycan hökuməti ilə görüşlər keçirib

BVF-nin ölkə üzrə missiyasının yeni rəhbəri Azərbaycan hökuməti ilə görüşlər keçirib
# 08 fevral 2011 15:02 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanda səfərdə olan Beynəlxalq Valyuta Fondunun (BVF) ölkə üzrə missiyasına yeni təyin olunmuş rəhbəri Nadim İlahinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan hökuməti ilə bir sıra görüşlər keçirib.

BVF-nin Bakı ofisindən «APA-Economics»ə verilən məlumata görə, Fondun nümayəndələri Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev, vergilər naziri Fazil Məmmədov, Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmovla görüşüb.

Görüşlər zamanı əsasən makroiqtisadi vəziyyət haqqında ətraflı müzakirələr aparılıb, həmçinin Azərbaycanda 2010-cu ilin iqtisadi yekunları və 2011-ci ilin prioritetlər ətrafında fikir mübadiləsi aparılıb.

Xatırladaq ki, BVF-nin nümayəndə heyətinin Azərbaycanda səfəri fevralın 15-dək davam edəcək.

Qeyd edək ki, N.İlahi yanvar ayının sonunda Azərbaycan üzrə missiyasına rəhbər təyin olunub. O, bu vəzifədə xanım Nienke Oomesi əvəzləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR