Bank Of Baku

Böyük Britaniyada bank fəaliyyətinə görə vergilər artırılıb

Böyük Britaniyada bank fəaliyyətinə görə vergilər artırılıb
# 09 fevral 2011 09:01 (UTC +04:00)
Bakı - APA-Economics. Böyük Britaniya hökuməti bank fəaliyyətinə görə vergini artırdığını elan edib.

APA-Economics”in “Reuters”ə istinadən xəbərinə görə, bu tədbir nəticəsində büdcəyə əlavə olaraq 800 mln. funt-sterlinq (950 mln. avro) daxil olacaq.

Böyük Britaniyanın maliyyə naziri Corc Osborn bildirib ki, bu məbləğ hökumətə büdcə kəsiri problemini həll etməyə kömək edəcək. Eyni zamanda hökumət banklarla biznesin kreditləşməsinin artırılması və menecmentə bonusların ixtisarı mövzusunda danışıqlar aparmağı planlaşdırır.

Qeyd edək ki, ötən il Böyük Britaniyanın büdcə kəsiri 150 mlrd. funt-sterlinq təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR