Bank Of Baku

Azərbaycanda işçilərini icbari qaydada sığortalamayan müəssisə və təşkilatlar üçün cərimənin məbləği iki dəfə artırılacaq

Azərbaycanda işçilərini icbari qaydada sığortalamayan müəssisə və təşkilatlar üçün cərimənin məbləği iki dəfə artırılacaq
# 09 fevral 2011 12:03 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Yaxın vaxtlarda Azərbaycanda «İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta» növü üzrə tətbiq olunan cərimənin məbləği iki dəfə artırılacaq. Bunu «APA-Economics»ə açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Əmək Müfəttişliyinin rəis müavini Məhərrəm Məhərov bildirib.

M.Məhərovun sözlərinə görə, İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə edilən dəyişikliyə əsasən, tətbiq edilən cərimənin məbləği iki dəfə artırılaraq 3 min manata çatdırılacaq: «Məcəlləyə edilən dəyişikliklər artıq Milli Məclis tərəfindən təsdiq edilib, bu qanunun yaxın günlərdə ölkə başçısı tərəfindən təsdiqlənəcəyi gözlənilir».

M.Məhərov bildirib ki, cərimənin məbləğinin artırılmasının əsas məqsəd müəssisə və təşkilatların öz işçilərini sığortalamaqdan imtina etməməsidir: «İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta» növü üzrə bütün müəssisə və təşkilatlar öz işçilərini icbari şəkildə sığortalamalıdır. Bu. məcburidir, əks halda həmin müəssisə və təşkilatlara müvafiq cərimələr tətbiq ediləcək».

Qeyd edək ki, «İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında» qanun 2010-cu ilin iyulun 3-də qüvvəyə minib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR