Bank Of Baku

«Azercell»in dövlət büdcəsinə ödənişləri kəskin azalıb

«Azercell»in dövlət büdcəsinə ödənişləri kəskin azalıb
# 10 fevral 2011 08:36 (UTC +04:00)
Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, 2010-cu ildə «Azercell» dövlət büdcəsinə vergi şəklində 114,6 mln. ABŞ dolları köçürüb, halbuki 2009-cu ildə vergi ödənişləri 150,7 mln. dollara bərabər olub.

Ümumiyyətlə, fəaliyyət göstərdiyi 14 il ərzində «Azercell» 868,2 mln. dollar məbləğində vergi ödəyib ki, şirkət Azərbaycanın qeyri-neft sektorunda ən iri vergi ödəyiciləri sırasındadır.

Şirkətin maliyyə şöbəsindən «APA-Economics»ə verilən məlumata görə, büdcə ödənişlərinin azalması əsasən şirkətin xərclərinin azalması (investisiya xərcləri istisna olmaqla), mənfəət vergisinin 22%-dən 20%-dək azaldılması, həmçinin bəzi ödənişlər üzrə ƏDV-nin əvəzləşdirilməsi ilə bağlıdır.

Bununla yanaşı, şirkətin ölkə iqtisadiyyatına 2010-cu ildə yatırdığı investisiyaların həcmi 2009-cu ilə nisbətən 86,9% artaraq 108,2 mln. dollar təşkil edib.

Qeyd edək ki, 2010-cu ildə dövlət büdcəsinə «Azercell» tərəfindən ödənilən vəsaitin dövlət büdcəsinin ümumi gəlirlərində payı 1,85% təşkil edib.

Xatırladaq ki, «Azercell» şirkəti 1996-cı ildən fəaliyyət göstərir və hazırda 4,2 mln-dan artıq abunəçisi var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR