Bank Of Baku

Asiya İnkişaf Bankı Azərbaycanın iqtisadi inkişaf tempi üzrə proqnozunu artırıb

Asiya İnkişaf Bankı Azərbaycanın iqtisadi inkişaf tempi üzrə proqnozunu artırıb
# 19 aprel 2011 09:14 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Asiya İnkişaf Bankı (AİB) 2011-ci və 2012-ci illərdə Azərbaycanda iqtisadi inkişaf tempinin eyni səviyyədə olacağını proqnozlaşdırır.

«APA-Economics»in məlumatına görə, Asiya İnkişaf Bankının (AİB) təşkilatçılığı ilə bu gün Bakıda «Asiyaya nəzər-2011» mövzusunda keçirilən təqdimat mərasimində çıxış edən AİB-in Azərbaycandakı nümayəndəliyinin iqtisadçısı Nail Vəliyev qeyd edib ki, AİB-in proqnozlarına əsasən, 2011-ci və 2012-ci illərdə Azərbaycanda ÜDM-in artım tempi 5,8% təşkil edəcək.

Xatıradaq ki, bundan əvvəl Bank 2011-ci ildə Azərbaycanda iqtisadi artım tempinin 3,5% olacağını proqnozlaşdırırdı.

«AİB-in Azərbaycan iqtisadiyyatının artım tempi üzrə proqnozunu artırmasının səbəbi ölkədə yeni neft-qaz yataqlarının kəşfi ilə əlaqədardır. Eyni zamanda, ölkənin qeyri-neft sektoru da ÜDM-in artımına əlavə təkan verəcək», - deyə N.Vəliyev bildirib.

Qeyd edək ki, Azərbaycan hökumətinin proqnozlarına görə, 2011-ci ildə ölkədə ÜDM-in artım tempinin 3,8%, Beynəlxalq Valyuta Fondunun proqnozlarına görə 2,8%, Avropa Yenidənqurma və İnkişaf Bankının proqnozlarına görə isə 3,5% olacağı gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR