Bank Of Baku

Azərbaycanda dolların birja məzənnəsi mayda 0,11% düşüb

Azərbaycanda dolların birja məzənnəsi mayda 0,11% düşüb
# 02 iyun 2011 09:39 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin may ayı ərzində Bakı Banklararası Valyuta Birjasında (BBVB) USD/AZN_TOD aləti üzrə Azərbaycan manatının ABŞ dollarına qarşı məzənnəsi 0,11% artıb.

BBVB-dən «APA-Economics»ə verilən məlumata görə, hesabat ayında ABŞ dollarının məzənnəsi 0,7900 AZN-dən 0,7891 AZN-ə düşüb. Nəticədə, milli valyutanın dollara qarşı nisbi ortaölçülü birja məzənnəsi may ayında 0,7900 AZN-ə bərabər olub. Halbuki, aprel ayında bu göstərici 0,7907 AZN təşkil edib.

Xatırladaq ki, bu ilin may ayında BBVB-nin valyuta bölməsində keçirilən 40 ticarət sessiyasında 10 bankın iştirakı ilə 42,192 mln. manat və ya 53,407 mln. dollar həcmində 33 alqı-satqı əqdi qeydə alınıb. Bu isə aprel ayı ilə müqayisədə 3 dəfə azdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR