Bank Of Baku

Strateji Araşdırmalar Mərkəzi: Son 8 ildə Azərbaycanda ÜDM-in həcmi 3 dəfə, strateji valyuta ehtiyatları 19 dəfə artıb

Strateji Araşdırmalar Mərkəzi: Son 8 ildə Azərbaycanda ÜDM-in həcmi 3 dəfə, strateji valyuta ehtiyatları 19 dəfə artıb
# 02 iyun 2011 11:20 (UTC +04:00)
Bu barədə «APA-Economics»ə Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin iqtisadiyyatın təhlili və qloballaşma məsələləri şöbəsindən bildirilib.

«Adambaşına düşən ÜDM-in həcmi 2003-cü ilin rəqəmi ilə (872,7 manat) müqayisədə nominal ifadədə 5,3 dəfə, real ifadədə isə 2,7 dəfə artaraq 2010-cu ildə 4 653,3 manat təşkil edib. Eyni zamanda, ölkə üzrə işsizlik səviyyəsi 1,6 dəfə, yoxsulluq səviyyəsi isə 4,9 dəfə azalıb. Son 7 ildə əhalinin gəlirlərinin artımı (4,5 dəfə) inflyasiya səviyyəsini (1,9 dəfə) qabaqlaması gəlirlərin real ifadədə 2,3 dəfə artmasını təmin edib», - deyə şöbədən bildirilib.

Bununla yanaşı, 2005-2010-cu illər ərzində Azərbaycan insan inkişafı sahəsində ən sürətli irəliləyişə nail olub, 101-ci yerdən 67-ci pilləyə yüksəlib, son 10 ildə bu indeksin orta illik artım tempinə görə isə nəinki postsovet məkanındakı ölkələri, hətta Çin və Hindistan kimi sürətlə inkişaf edən dövlətləri də qabaqlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR