Bank Of Baku

Azərbaycan Dövlət Neft Fondunun aktivləri yaxın 15 ildə 100 mlrd. dollara çatacaq

Azərbaycan Dövlət Neft Fondunun aktivləri yaxın 15 ildə 100 mlrd. dollara çatacaq
# 03 iyun 2011 13:17 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Yaxın 15 ildə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) aktivlərinin həcmi 100 mlrd. ABŞ dollarına həddini keçəcək. «APA-Economics»in xəbərinə görə, bunu fondun icraçı direktoru Şahmar Mövsümov bildirib.

Onun sözlərinə görə, 2011-ci ilin sonunadək fondun aktivləri 30 mlrd. dollara qədər artacaq. Hazırda ARDNF-in aktivləri 28,8 mlrd. dollar təşkil edir: «Son 10-11 il ərzində fondun ümumi daxilolmalarının həcmi 50 mlrd. dollar olub. Bu məbləğdən də faiz gəlirləri 1 mlrd. dollar təşkil edib. Həmçinin, 20 mlrd. dollar infrastruktur layihələrinə ayrılıb».

Qeyd edək ki, fondun vəsaitlərinin 50%-i ABŞ dolları, 40%-i avro, 5%-i funt-sterlinq, qalanı isə digər valyutalarda yerləşdirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR