Bank Of Baku

Azərbaycan Beynəlxalq Bankı ilin sonunadək xarici borclarını azaldacaq

Azərbaycan Beynəlxalq Bankı ilin sonunadək xarici borclarını azaldacaq
# 03 iyun 2011 14:30 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycan Beynəlxalq Bankı (ABB) 2011-ci ilin sonunadək xarici borclanmanı azaltmaq niyyətindədir. «APA-Economics»in xəbərinə görə, bunu ABB-nin İdarə Heyətinin sədri Cahangir Hacıyev bildirib.

Onun sözlərinə görə, hazırda bankın xarici maliyyə qurumlarına olan borcu 1 mlrd. ABŞ dollarına yaxındır və ilin sonunadək bu məbləğ tədricən azalacaq. «Ümumiyyətlə, bankın xarici borcu azaldıqca, xaricdən əlavə yeni vəsaitlər cəlb olunur. Amma ilin sonunadək bu borclar tədricən azalacaq», - deyə C.Hacıyev bildirib.

Qeyd edək ki, Azərbaycan Beynəlxalq Bankının aktivlərinin həcmi 2011-ci ilin aprelin 1-nə 4 696,638 mln. manat, kredit portfeli 2 879,706 mln. manat, o cümlədən istehlak kreditlərinin həcmi 388,885 mln. manat, depozit portfeli 1 911,060 mln. manat, o cümlədən əmanətlərin həcmi 738,860 mln. manat təşkil edib. Bankın məcmu kapitalı 514,985 mln. manat, o cümlədən nizamnamə kapitalı 240 mln. manat olub. Bankın ümumi gəlirləri I rüb üzrə 84,591 mln. manat, xərcləri 77,983 mln. manat, mənfəəti 6,608 mln. manat təşkil edib.

Xatırladaq ki, Azərbaycan və regionun ən iri bank kredit təşkilatı olan ABB 1992-ci ildən fəaliyyət göstərir. Bankın nizamnamə kapitalında dövlətin iştirak payı 50,2% təşkil edir. Səhmlərin qalan 40%-i xüsusi mülkiyyətdədir, 10%-i isə bankın əmək kollektivinə məxsusdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR