Bank Of Baku

Bakıda CAREC Proqramının növbəti iclası keçirilir

Bakıda CAREC Proqramının növbəti iclası keçirilir
# 06 iyun 2011 08:47 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bakıda Asiya İnkişaf Bankı (AİB) Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramının (CAREC) Ticarət Siyasəti üzrə Əlaqələndirici Komitəsinin 14-cü iclası keçirilir.

«APA-Economics»in məlumatına görə, tədbirdə çıxış edən Azərbaycan İqtisadi İnkişaf Nazirliyi xarici ticarət siyasəti və ÜTT ilə iş şöbəsinin müdiri Bəxtiyar Əlişov CAREC barədə məlumat verib və qeyd edib ki, son 10 il ərzində bu Proqram uğurlu inkişaf mərhələsini keçib.

Tədbirdə çıxış edən Beynəlxalq Valyuta Fondu (BVF) Yaxın Şərq və Mərkəzi Asiya üzrə şöbəsinin rəhbəri xanım Ana Lusia Koronel qeyd edib ki, tədbir çərçivəsində CAREC Proqramının üzv ölkələrinin ÜTT-yə daxil olması məsələsi də müzakirə ediləcək.

Bundan başqa, bu gün CAREC Proqramının Nəqliyyat və Ticarətin Asanlaşdırılması Sektorları üçün CAREC-2020 Ortamüddətli Prioritet Layihələri üzrə seminar da keçiriləcək.

Qeyd edək ki, iyunun 7-9-da Bakıda həmçinin CAREC Proqramının yüksək səviyyəli rəsmilərinin növbəti iclası keçiriləcək. Tədbirdə CAREC Proqramına üzv olan ölkələrin nümayəndə heyətləri, Dünya Bankı, BVF, Avropa Yenidənqurma və İnkişaf Bankı, AİB, İslam İnkişaf Bankı və BMT-nin İnkişaf Proqramının nümayəndələri iştirak edəcəklər.

Xatırladaq ki, CAREC Proqramı 2001-ci ildə AİB tərəfindən nəqliyyat, enerji, ticarət, gömrük və digər sahələrdə regional əməkdaşlığın dəstəklənməsi vasitəsilə üzv ölkələrdə iqtisadi artımın və həyat tərzinin yaxşılaşdırılmasının təmin edilməsi məqsədilə yaradılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR