Bank Of Baku

Azərbaycan özəl pensiya fondlarının yaradılması ilə bağlı İsveç və Qazaxıstanın təcrübəsini öyrənəcək

Azərbaycan özəl pensiya fondlarının yaradılması ilə bağlı İsveç və Qazaxıstanın təcrübəsini öyrənəcək
# 09 iyun 2011 11:02 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Azərbaycan Dövlət Sosial Müdafiə Fondu (DSMF) ölkədə özəl pensiya fondlarının yaradılması və fəaliyyət göstərməsi üçün müvafiq qanunvericilik bazasının hazırlanması istiqamətində xarici təcrübəni öyrənir. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında DSMF-nin sədri Səlim Müslümov bildirib.

S.Müslümovun sözlərinə görə, həmin təcrübədən gələcəkdə Azərbaycanda aparılacaq islahatlarda istifadə ediləcək: «Bu məqsədlə iki gün əvvəl əməkdaşlarımız Estoniyada səfərdə olublar. Artıq Polşa, Almaniya və bir sıra ölkələrin təcrübəsi öyrənilib. Bundan sonra Qazaxıstan, İsveç və digər ölkələrin təcrübəsi öyrəniləcək».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR