Bank Of Baku

İTM: Azərbaycanda illik inflyasiya 14,7%-ə düşüb

İTM: Azərbaycanda illik inflyasiya 14,7%-ə düşüb
# 09 iyun 2011 12:48 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. İqtisadi Tədqiqatlar Mərkəzi (İTM) Azərbaycanın 10 regionunda 2011-ci ilin may ayı ərzində apardığı qiymətlərin statistik müşahidəsinin nəticələrini açıqlayıb.

İTM-dən «APA-Economics»ə verilən məlumata görə, ay ərzində Azərbaycanda istehlak qiymətləri 0,75% azalıb. Bu zaman ərzaq məhsulları 1,62% ucuzlaşıb, qeyri-ərzaq məhsulları 0,32%, xidmətlər isə 0,18% bahalaşıb.

Aprel ayına nisbətdə may ayı ərzində paytaxt və regionlar üzrə istehlak qiymətləri indeksinin dəyişməsinə gəlincə, Bakıda qiymətlər 0,62%, regionlarda isə 0,88% azalıb. Bu azalma yalnız ərzaq məhsullarının qiymətində mövsümi amillər səbəbilə baş verən ucuzlaşma hesabına qeydə alınıb. Belə ki, may ayında ərzaq məhsulları Bakıda 1,30%, regionlarda 1,93% ucuzlaşıb. Qeyri-ərzaq məhsulları müvafiq olaraq 0,23% və 0,40%, xidmətlər isə 0,09% və 0,27% bahalaşıb. Bu zaman ən çox yer xiyarı (52,40%), baş soğan(42,19%), ağ kələm (40,79%), çiyələk (29,51%) ucuzlaşıb. Ən çox bahalaşma isə qeyri-ərzaq məhsullarından kərpicdə (9,06%), 750 əyarlı qızıl üzükdə (4,94%) və parketdə (3,94%) qeydə alınıb.

Ötən ilin eyni dövrü ilə müqayisədə (12 ayda) ölkədə 14,65% bahalaşma qeydə alınıb. Bu zaman Bakıda qiymətlər 18,11%, regionlarda isə 11,25% artıb. Qeyd olunan dövrdə ən yüksək inflyasiya ərzaq məhsullarında (25,05%) olub. Qeyri-ərzaq məhsullarında artım 3,35%, xidmətlərdə isə 3,51% olub. Bu ilin yanvar-may aylarında ölkədə istehlak qiymətləri 5,33%, o cümlədən ərzaq məhsulları 8,53%, qeyri-ərzaq məhsulları 1,06%, xidmətlər isə 2,38% yüksəlib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR