Bank Of Baku

«Azər-Türk Bank» beynəlxalq mükafata layiq görülüb

«Azər-Türk Bank» beynəlxalq mükafata layiq görülüb
# 10 iyun 2011 07:08 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. «Azər-Türk Bank» ASC şəffaflığa, çirkli pulların yuyulmasına qarşı göstərdiyi güclü nəzarətə və əməliyyatların sürətli və keyfiyyətli icra edilməsinə görə dünyanın ən iri maliyyə qurumlarından biri olan «Citibank»ın «2010 Quality Recognition Award» mükafatına layiq görülüb. Bankdan «APA-Economics»ə verilən məlumata görə, bankın yuxarıda qeyd olunan sahələrdə 96%-ə kimi çox yüksək bir nailiyyət qazanmasına görə bu mükafat iyunun 9-da «Citibank» nümayəndələri tərəfindən «Azər-Türk Bank»ın rəhbərliyinə təqdim edilib.

Qeyd edək ki, «Azər-Türk Bank»ın aktivlərinin həcmi 2011-ci ilin aprelin 1-nə 50,663 mln. manat, kredit portfeli 33,104 mln. manat, depozit portfeli 31,297 mln. manat, məcmu kapitalı 11,189 mln. manat, o cümlədən nizamnamə kapitalı 10,991 mln. manat təşkil edib.

«Azər-Türk Bank» ASC 1995-ci ildən fəaliyyət göstərir. Bankın səhmdarları rolunda Türkiyənin «Ziraat Bankası» (46%), «Ziraat Bank International AG» (4%) və Azərbaycanın «Aqrarkredit» bank olmayan kredit təşkilatı (46%), «Turanbank» ASC (4%) çıxış edir. Hazırda bankın ölkə üzrə 4 filialı, 7 bankomatı və 23 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR