Bank Of Baku

Azərbaycan prezidenti Sloveniyanın baş naziri ilə görüşüb

Azərbaycan prezidenti Sloveniyanın baş naziri ilə görüşüb
# 10 iyun 2011 13:01 (UTC +04:00)
Bakı – APA-Economics. Lyublyanada səfərdə olan Azərbaycan prezidenti İlham Əliyev iyunun 10-da Sloveniyanın baş naziri Borut Pahorla görüşüb. “APA-Economics”in məlumatına görə, görüşdə iki ölkə arasında siyasi və iqtisadi əlaqələrin inkişafından məmnunluq ifadə olunub, ikitərəfli münasibətlərin Azərbaycan-Avropa İttifaqı çərçivəsində önəmi vurğulanıb.

Prezident İ. Əliyevin Sloveniyaya səfərinin ölkələr arasında iqtisadiyyatın konkret sahələrinin perspektivlərinin nəzərdən keçirilməsi üçün yaxşı imkan yaratdığı qeyd edilən görüşdə Azərbaycan-Sloveniya biznes forumunun əhəmiyyəti vurğulanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR